[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

10 min valideynin Kanadaya gəlməsi üçün seçim ediləcək

Kanada hökuməti 2025-ci ildə Valideynlər, Nənələr və Babalar Proqramı (PGP) ilə bağlı yenilikləri elan edib. Kanadanın Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi (IRCC) bu il 10 min sponsorluq müraciətini qəbul etməyi planlaşdırır. Bu təşəbbüs ailələrin birləşməsi və bir araya gətirilməsi istiqamətində düşünülmüş bir proqramdır.

İstisna: Yeni müraciətlər qəbul edilməyəcək

Bu dəfəki seçimlər 2020-ci ildə müraciət edənlərin arasından təsadüfi üsulla seçilən son namizədlər olacaq. IRCC bu ildən etibarən sözügedən proqramı bağlayacaq.

Müraciətlərin işlənmə müddəti və miqrasiya məqsədləri

PGP proqramı üzrə müraciətlərin hazırkı işlənmə müddəti aşağıdakı kimidir:

  • Kvebekdən kənarda yaşayanlar üçün 24 ay.
  • Kvebekdən müraciət edənlər üçün 48 ay.

Hazırda IRCC Kanadanın 2025-2027-ci illər üçün Miqrasiya Səviyyələri Planı çərçivəsində qəbul edilən müraciətlərin sayını tənzimləyir. Bu plan, ümumilikdə miqrasiya hədəflərinin azaldılmasını nəzərdə tutur və alternativ variant kimi Super Vizaya müraciət etməyi tövsiyə edir. Bu viza valideynlərə və nənə-babalara aşağıdakı imkanları yaradır:

  • Hər səfərdə Kanadada 5 ilədək qalmaq.
  • 10 il ərzində çoxsaylı giriş-çıxış etmək.
  • Son yenilənmiş tibbi sığorta tələblərindən yararlanmaq.

Sıradakı immiqrasiya yenilikləri hansılardır?

IRCC 2025-ci il üçün valideyn və nənə-balbaları Kanadaya gətirmək üçün yeni müraciət prosesinin detalları və dəvətlərin göndərilmə vaxtı ilə bağlı əlavə məlumatları yaxın aylarda açıqlayacaq.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp