İyunun 1-dən etibarən ailə gəliri 90 min dollardan az olan 18-64 yaş arasındakı bütün kanadalılar hökumətin yeni elan etdiyi diş baxımı proqramından istifadə edə biləcəklər. Qeyd edək ki, ötən ilin əvvəlindən başlayan diş baxımı planı əvvəlcə 18 yaşa qədər uşaqları, təqaüdçüləri və əlillik dərəcəsi olanları əhatə edirdi. İndi isə əhalinin qalan hissəsi bu proqramdan yararlanacaq.
Qeyd edək ki, ötən ildən bu yana 3,4 milyon kanadalı Kanada Diş Baxımı Planına (Canadian Dental Care Plan (CDCP)) müraciət edib və 1,7 milyon nəfər diş müalicəsi alıb.
Canada.ca-in məlumatına görə, bu gün Səhiyyə naziri Kamal Xera və Hökumət Transformasiyası, İctimai Xidmətlər və Satınalmalar naziri Ali Ehsassi 18-64 yaş arası bütün digər uyğun vətəndaşların bu ilin mayında CDCP-yə müraciət edə biləcəklərini elan ediblər. Sığorta isə 1 iyun 2025-ci ildən etibarən qüvvəyə minəcək.
Hansı yaş qrupu nə zaman müraciət edə bilər?
1 may – 55-64 yaş arası
15 may – 18-34 yaş arası
29 may – 35-54 yaş arası
Kimlər proqrama uyğundur?
CDCP-yə uyğun olmaq üçün:
✔ Diş sığortanız olmamalıdır
✔ 2024-cü il fərdi vergi bəyannaməsini təqdim etməlisiniz
✔ Ailə üzrə xalis gəliriniz 90,000 dollardan az olmalıdır
✔ Kanada rezidenti olmalısınız
Əvvəlki yaş qruplarında olduğu kimi, müraciət onlayn, telefonla və ya Service Canada mərkəzlərində edilə bilər.
Mövcud üzvlər üçün yeniləmə prosesi başlayır
Bu ilin martından etibarən, hazırkı CDCP üzvləri sığortalarını yeniləməlidirlər. Bunun üçün 2024-cü il vergi bəyannaməsi təqdim olunmalı və Kanada Vergi Agentliyindən (CRA) 2024 Vergi Qiymətləndirmə Bildirişi alınmalıdır.
Yenilənmə üçün son tarix: 1 iyun 2025-ci il
Müraciət etməyənlərin sığortası 30 iyun 2025-ci ildən sonra dayandırılacaq.
4,5 milyonu əhatə edəcək
4,5 milyon yeni sığorta olunmamış kanadalının CDCP-yə qoşulacaq.
CDCP çərçivəsində aktiv fəaliyyət göstərən diş həkimləri, texniklər və mütəxəssislərin 98 faizi artıq pasiyentlərə xidmət göstərir.
Hökumət həm yeni üzvləri, həm də sığorta müddətini uzatmaq istəyənləri məktublar və xatırlatmalarla məlumatlandıracaq
P.S. Növbəti yazımızda müraciət üçün link, proqramın hansı diş baxımı xidmətlərini əhatə etydiyi barədə məlumat verəcəyik.
Foto: freepik