[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Bu məqalədə kanadalıların nə qədər ehtiyat pul yığdığına və 20, 30, 40 yaşlarında olan insanların ən böyük xərclərinə nəzər salacağıq.

Kanadada yaşa görə orta yığımlar

Kanadalılar qeydiyyatlı təqaüd yığım planları (Registered Retirement Savings Plan – RRSP) daxilində və xaricində vəsait yığmaq baxımından o qədər də pis vəziyyətdə deyillər. Kanada Statistika Komitəsinin 2019-cu il məlumatına əsasən, şəxsi təqaüd və qeyri-maliyyə aktivləri (məsələn, daşınmaz əmlak) daxil edilmədən, orta hesabla aşağıdakı yığıma malikik:

Təqaüd olmayan maliyyə aktivlərində 27,425 dollar və RRSP-lərdə 9,905 dollar

Təqaüd olmayan maliyyə aktivlərində 23,743 dollar və RRSP-lərdə 15,993 dollar

Təqaüd olmayan maliyyə aktivlərində 39,831 dollar və RRSP-lərdə 41,998 dollar

Bu məlumat bir neçə il əvvəlki vəziyyəti əks etdirir. Pandemiya dövründə, səyahət məhdudiyyətlərinin, karantinin tətbiqi, iqtisadi qeyri-müəyyənlik baxımından xərclərin azaldılması bir çox ailənin yığımlarının artmasına gətirib çıxardı. Kanada Mərkəzi Bankı bildirir ki, 2020-ci ildə hər bir kanadalının hesabında təxminən 5,800 $ olmaqla, ümumilikdə 180 milyard dollar “misilsiz yığım artımı” baş verdi. Bu məbləğin təxminən 40 faizi pandemiya ilə bağlı iş itkisindən daha az təsirlənən yüksək gəlirli ailələr tərəfindən toplandı. Kanada Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin sonuna qədər kanadalılar ümumilikdə əlavə 350 milyard dollar yığmışdı. Bu vəsaitin böyük bir hissəsi sonradan xərclərə, borc və ipoteka ödənişlərinə sərf olundu.

20, 30, 40 yaş və sonrakı dövrlərdə maliyyə məqsədləri

Hər yeni onillikdə maliyyə məqsədlərimiz əhəmiyyətli dərəcədə dəyişir. Bu səbəbdən də həyatımızın hər bir mərhələsi üçün planlaşdırmalı olduğumuz əsas xərclər aşağıdakılardır:

 

20 yaşlarda həyat xərcləri

30 yaşlarda həyat xərcləri

40 yaşlarda həyat xərcləri

40 yaşlarda təqaüd yığımı bizi daha ciddi şəkildə narahat etməyə başlayır. Maksimum RRSP ödəmələri həm də vergilərdən böyük geri qaytarmalar təmin edə bilər. Kanada Statistika Komitəsinin məlumatına görə, 45-54 yaşlı kanadalının illik orta RRSP ödənişi 4,200 dollar təşkil edir.

50 yaş sonrası həyat xərcləri

50 yaşdan sonra təqaüdə hazırlıqlar sürətlənir. Bəlkə də uşaqlarımıza ilk evlərini almaqda kömək etməyi planlaşdırırıq. Ontario əyalətində yaşayan valideynlər övladlarına dəstək üçün orta hesabla 128 min Kanada dolları, Vankuver şəhərində yaşayan valideynlər isə 204 min Kanada dolları ayırırlar.

Yazı moneysense.ca saytından tərcümə olunub

Author