Kanada 2025-ci ildə daimi yaşayış üçün bir neçə yeni proqram təqdim etməyə hazırlaşır.
Cicnews.com-un verdiyi məlumata görə, yeni proqramlar, daimi yaşayış hüququ əldə etmək istəyən xarici vətəndaşlar üçün yeni imkanlar təqdim edir.
2025-ci ildə tətbiq olunacaq proqramlar:
Proqramın adı: | Kimlər üçün nəzərdə tutulub? |
Təkmilləşdirilmiş baxıcılıq | Ev baxıcıları, məsələn, uşaq baxıcıları və ahıllara evdə dəstək göstərən işçilər |
Ucqar kəndlərə immiqrasiya | Kanadanın kiçik kənd icmalarında işçi çatışmazlığının aradan qaldırılmasında iştirak edən şəxslər |
Frankofon icmalara immiqrasiya | Kvebekdən kənarda yerləşən fransızdilli kiçik icmalarda işçi çatışmazlığını aradan qaldıranlar |
Manitobanın qərb və mərkəzi hissələrinə immiqrasiya | Manitobanın qərbində və mərkəzi hissələrində yerləşən kənd yerlərində yaşamaq və işləmək istəyənlər |
Təkmilləşdirilmiş Baxıcılıq Proqramı
Ölkədə daha çox baxıcıya ehtiyac olduğunu nəzərə alaraq, İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazirlik (IRCC) 2 iyun 2024-cü ildə iki təkmilləşdirilmiş baxıcılıq pilot proqramı elan edib.
Bu yeni pilot proqramlar, 2024-cü ilin iyununda başa çatan Uşaq Baxıcı Pilot Proqramı və Evdə Dəstək Göstərən İşçi Pilot Proqramını əvəzləyəcək.
Əvvəlki proqramlardan fərqli olaraq, bu proqramlar ev baxıcılarına Kanadaya gələn kimi daimi yaşayış hüququ (PR) verir. Evdə baxıcılar yarı-müstəqil və ya zədə və ya xəstəlikdən sonra sağalma prosesində olan şəxslərə müvəqqəti və ya yarımştat baxım təmin edən təşkilatlarda işləyə biləcəklər.
Detallar və uyğunluq şərtləri:
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- İngilis dili üzrə səviyyə imtahanından minimum 4-cü səviyyədə dil biliyi.
- Kanada orta məktəb diplomuna ekvivalent təhsil.
- Yaxın keçmişdə müvafiq iş təcrübəsi.
- Tam ştat ev baxıcısı kimi işəgötürən tərəfindən verilmiş iş təklifi.
Kənd icmasına immiqrasiya
Ucqar kənd və Şimali İmmiqrasiya Pilot Proqramının (Rural and Northern Immigration Pilot) uğurlu tətbiqindən sonra IRCC yeni Kənd İcması İmmiqrasiya Pilot Proqramı elan edib.
Bu proqram, aşağıdakı meyarlara cavab verən yeni immiqrantlara daimi yaşayış hüququ qazandıracaq:
- İşçi çatışmazlığının aradan qaldırılmasında iştirak edənlər;
- Kanadanın ucqar kənd icmalarında uzunmüddətli yaşamaq istəyən şəxslər.
Detallar və uyğunluq şərtləri:
Bu pilot proqramının 2024-cü ilin payızında başlaması planlaşdırılsa da, 2025-ci ilə qalıb. Proqramın uyğunluq şərtləri hələ açıqlanmayıb.
Frankofon İcmalara İmmiqrasiya Pilot Proqramı
Bu pilot proqramı, Kanadanın Frankofon İmmiqrasiya Siyasətinin bir hissəsidir və fransızdilli icmalarının inkişafını təşviq etməyi hədəfləyir.
Frankofon İcmalara İmmiqrasiya Pilot Proqramı, Kvebekdən kənarda yerləşən frankofon icmalarında məskunlaşan fransızdilli immiqrantların sayını artırmağa yönəlib.
Detallar və uyğunluq şərtləri:
Bu pilot, Ucqar Kəndlərə İmmiqrasiya Pilot Proqramı ilə eyni vaxtda elan edilib.
IRCC, pilot proqramda iştirak edən seçilmiş icmalarla əməkdaşlıq edərək “kənd və fransızdilli icmalarda ixtisaslı işçiləri cəlb etmək və saxlamaq” məqsədi daşıyır. Proqramın uyğunluq meyarları hələ açıqlanmayıb.
Manitobanın Qərb və Mərkəzi hissələrinə İmmiqrasiya Təşəbbüs Proqramı
Noyabrın 15-də Manitoba rəhbərliyi, qərb bölgələrində işçi çatışmazlığını həll etmək üçün üç illik pilot proqram elan edib.
Bu proqram, əyalətin yeddi kənd bələdiyyəsi və Gambler First Nation (Gambler Aborigenlər) ilə əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyaclarını ödəmək üçün həyata keçiriləcək.
Manitobanın Əmək və İmmiqrasiya Naziri bildirib ki, bu pilot proqramı ixtisaslı işçilərə olan yerli ehtiyaclara cavab olaraq hazırlanıb. Bu, əyalətin Winkler-Stanley, Morden və Parkland regionlarındakı mövcud regional immiqrantlara olan tələblərinə əsaslanır.
Detallar və uyğunluq şərtləri:
Əyalət, növbəti üç il ərzində əmək bazarının ehtiyaclarını qarşılamaq üçün təxminən 240-300 nəfərə ehtiyac duyacaq. Lakin, proqramın başlanma tarixi və uyğunluq meyarları ilə bağlı məlumat hələ paylaşılmayıb.