[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

2025-ci ildə hökumətin ödəyəcəyi sosial yardımlar  

2025-ci il ərzində Kanadada vətəndaşlığı və oturum izni olan vergi ödəyiciləri maddi vəziyyətlərini yaxşılaşdırmaq və vergi yükünü azaltmaq məqsədilə həm federal hökümətdən, həm də yerli əyalət hökümətlərindən müxtəlif vergi kreditləri və yardımlar alacaqlar. Haqqında bəhs etdiyimiz proqramların və ayrı-ayrı əyalətlrər üzrə veriləcək məbləğlərin daha geniş icmalı ilə aşağıdakı yazıda tanış ola bilərsiniz:

Federal hökümət tərəfindən ödənilən vergi kreditləri və yardımları bunlardır:

  1. Minimum şəxsi gəlirə əsaslanan yardımlar (Basic Personal Amount – BPA):

2025-ci il üçün federal BPA $16,129 CAD təşkil edir və bu məbləğə qədər gəlir vergidən azaddır. Xatırladaq ki, $16,129 CAD əyalətlər üzrə götürüldükdə, qarşınıza fərqli rəqəmlər  çıxacaq.

2. İşçilərə sosial yardım (Canada Workers Benefit – CWB):

Aşağı gəlirlə işləyən ailələr və fərdlər bu yardımı almağa uyğun gəlir. Bu yardım geri qaytarılan vergi tutulmaları əsasında verildiyi üçün onun məbləği ailənin gəlirindən və statusundan asılıdır. Uyğun olan şəxslər CWB məbləğinin 50 faizini rüblük ödənişlər şəklində əvvəlcədən ala bilərlər.

3. Uşaqpulu (Canada Child Benefit – CCB):

18 yaşdan kiçik uşaqları olan ailələr bu yardımı almağa uyğun gəlir. 2025-ci il üzrə veriləcək məbləğ 6 yaşdan kiçik uşaqlar üçün illik 7,997 CAD, 6-17 yaş arası uşaqlar üçün isə 6,748 CAD-a qədər olacaq.

4. Mal və xidmətlər vergisi və harmonizasiya edilmiş satış vergisi (Goods and Services Tax (GST) / Harmonized Sales Tax (HST)):

Aşağı və orta gəlirli fərdlər və ailələr bu yardımdan yararlana biləcəklər. Ödəniləcək məbləğ ailə gəlirindən və ailə tərkibindən asılı olaraq dəyişilir.

5. Əlillik dərəcəsi olanlar üçün vergi krediti (Disability Tax Credit – DTC):

Bu kreditdən fiziki və ya əqli funksiyalarında ciddi və uzunmüddətli pozğunluğu olan şəxslər yararlana bilərlər. Məbləğ illik olaraq müəyyən edilir.

6. Kanada təqaüd fondu (Canada Pension Plan – CPP) ödənişləri:

2025-ci il üzrə ödəmə dərəcəsi işçilərin qazancından təqaüd fondu üçün tutulan məbləğ üzrə 5.95 faiz təşkil edir. Təqaüd fondu üçün işçilərin qazancından maksimum tutulan  məbləğ (Yearly Maximum Pensionable Earnings – YMPE) 66,600 CAD ola bilər.

Əyalət və yerli hökumətlər tərəfindən geri qaytarılan vergi kreditləri və yardımlar:

Xatırladaq ki, əyalətlər və yerli hökümətlər tərəfindən geri qaytarılan vergi kreditləri və yardımlar oradakı insanların fərdi vəziyyətinə görə dəyişə və zamanla yenilənə bilər. Aşağıda isə bəzi bölgələrdə mövcud olan yardımlar göstərilib:

  1. Ontario:

Ontario üzrə vergi ödənişlərinin geri qaytarılması (Ontario Taxpayer Rebate) böyüklər üçün 200 CAD və 18 yaşdan kiçik hər bir uşaq üçün əlavə 200 CAD təşkil edir. Ontario hökuməti tərəfindən verilən uşaqpulu hər bir uşaq üçün illik 1,607 CAD-a qədər arta və ya azala bilər. Məbləğ həmin ailənin gəlirindən asılı olaraq dəyişir.

2. Britaniya Kolumbiyası (British Columbia – BC):

BC İqlim dəyişikliyi üzrə vergi krediti karbon vergisinin təsirini azaltmaq üçün rüblük ödənişlər şəklində qaytarılır və məbləğ ailə gəlirinə və tərkibinə əsaslanır.

3. Kvebek (Quebec):

Həmrəylik vergi krediti (Solidarity Tax Credit) aşağı və orta gəlirli ailələrə vergiləri və mənzil xərclərini kompensasiya etmək məqsədilə qaytarılan vergi kreditidir.

4. Alberta:

Alberta üzrə uşaqpulu və ailə müavinəti (Alberta Child and Family Benefit) aşağı gəlirli ailələrə maliyyə yardımı kimi təqdim olunur və verilən məbləğ ailənin gəlirinə və uşaqların sayına görə müəyyən edilir.

5. Saskaçevan (Saskatchewan):

Aşağı gəliri olanlar üçün vergi krediti (Low-Income Tax Credit) gəliri az olan sakinlərə kömək məqsədilə qaytarılan vergi kreditidir.

6. Manitoba:

Əmlak vergisindən geri qaytarılan vergi krediti (Education Property Tax Credit – EPTC) ev sahiblərinə və kirayəçilərə vergi güzəştləri olaraq təqdim olunr.

7. Yeni Şotlandiya (Nova Scotia):

Yaşayış şərtlərinin yüngülləşdirilməsi üçün vergi krediti (Affordable Living Tax Credit) aşağı və orta gəlirli ailələrə, artan yaşayış xərclərini nəzərə alaraq kömək məqsədilə rüblük həyata keçirilən ödənişlərdir.

8. Nyu Bransvik (New Brunswick):

Aşağı gəlirli ailələrin və fərdlərin vergi yükünün azaldılması (Low-Income Tax Reduction) məqsədilə fərdlər və ailələr üçün nəzərdə tutulur.

9. Prins Edvard Adası (Prince Edward Island):

Satış vergisi krediti (Sales Tax Credit) əyalət üzrə satış vergisinə görə aşağı gəlirli şəxslərə yardım etmək üçün ödənilir.

10. Nyufaundlend və Labrador (Newfoundland and Labrador):

Gəlirə dəstək (Income Supplement) əlavəsi aşağı gəlirli ailələr və fiziki məhdudiyyətli şəxslər üçün rüblük ödənişlər şəklində həyata keçirilir.

11. Yukon:

Uşaqpulu (Child Benefit) 18 yaşdan kiçik uşaqları olan ailələr üçün aylıq ödənişlərdir.

12. Şimal-Qərb Əraziləri (Northwest Territories):

Yüksək yaşayış xərclərinin kompensasiya edilməsi (Cost of Living Offset) məqsədilə rüblük ödənişlər şəklində verilir.

13. Nunavut:

Uşaqpulu (Child Benefit) ailənin gəlirindən asılı olaraq hər bir uşağa verilən maliyyə yardımıdır.

Ümumilikdə, hər bir əyalət sakinlərin ehtiyaclarına uyğun müxtəlif maliyyə yardımları təqdim edir. Proqramlar müxtəlif əyalətlərdə fərqli vergi güzəştləri şəklində həyata keçirilir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp