[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

355 yaşı olan Hudson’s Bay bəzi mağazalarını bağlamağı planlaşdırır

Kanadanın ən qədim pərakəndə satış mağazası olan Hudson’s Bay universal mağazalar şəbəkəsi artıq borclarını ödəyə bilmir.

17-ci əsrdə dəri ticarəti ilə fəaliyyətə başlayan bu mağazalar şəbəkəsi pandemiya, inflyasiya və son vaxtlar ABŞ ilə ticarət gərginliyi səbəbindən həm müştərilərini, həm də gəlirlərini itirir. İndi isə şirkət, iflasdan qorunmaq üçün bəzi mağazalarını bağlamağı planlaşdırır. Hudson’s Bay şirkətinin baş direktoru Liz Rodbell verdiyi açıqlamada, son zamanlarda sərmayə cəlb etməyə yönəlmiş cəhdlərin uğursuz olduğunu qeyd edib:
“Ticarət müharibəsinin təhdidi və gerçəkləşməsi bazarda ciddi qeyri-müəyyənlik yaradıb və investisiya razılaşmalarını tamamlamaq imkanımızı məhdudlaşdırıb”.

Ötən həftə məhkəməyə təqdim edilən sənədlərdə, Hudson’s Bay rəhbərliyi bildirib ki, şirkət artıq icarədarlara və təchizatçılara ödənişlər etməkdə çətinlik çəkir və əgər əlavə maliyyə dəstəyi alınmazsa, bir neçə gün ərzində işçilərə maaş ödəyə bilməyəcək.

Qeyde dək ki, şirkətin 9,364 işçisi var.

Foto: CBC

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp