[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yeni qayda: ABŞ-da bir aydan çox qalan kanadalılar qeydiyyatdan keçəcəklər

Qış boyu ABŞ-da qalan kanadalıların işi çətinləşəcək

ABŞ hökuməti bildirir ki, bəzi kanadalılar da daxil olmaqla, xarici vətəndaşlardan 30 gün və ya daha uzun müddətə səfər edənlərin qeydiyyatdan keçməsini tələb edən qayda gələn ay qüvvəyə minəcək.

Bu qayda, ABŞ Prezidenti Donald Trampın yanvarın 20-də imzaladığı və Amerika vətəndaşı və ya daimi sakini olmayan hər kəsə aid edilən “Amerikan xalqını işğaldan qorumaq” adlı sərəncamının bir hissəsidir.

1 milyondan çox kanadalı hədəfdə

ABŞ Federal Reyestrində müvəqqəti son qayda dərc edilib və qeyd olunub ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) və ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti (USCIS) “xarici vətəndaşların qanuni qeydiyyat və barmaq izlərinin götürülməsi qaydalarına əməl etməsini təmin etmək üçün yeni qeydiyyat prosedurunu müəyyənləşdirir.”

Miqrasiya üzrə vəkil Rozanna Berardinin sözlərinə görə, bu qayda bəzi kanadalılara, o cümlədən qış aylarında ABŞ-a səfər edən bir milyondan çox “snowbird” (qış boyu ABŞ-da qalan kanadalılar) üçün də tətbiq olunacaq.

Qeyd edək ki, kanadalılar vizasız ABŞ-da altı aya qədər qala bilirlər, lakin giriş zamanı qalma müddətlərini bəyan etməlidirlər. Apreldə tətbiq olunacağı planlaşdırılan yeni qaydalara əsasən, ABŞ Daxili Təhlükəsizlik Departamenti bildirir ki, “müəyyən xarici vətəndaş qrupları” giriş zamanı qeydiyyata alınmamış ola bilər.

Hazırkı qaydalara əsasən:

Bir çox kanadalı işgüzar və ya istirahət məqsədilə ABŞ-a daxil olarkən Form I-94 almır, baxmayaraq ki, onlar viza prosesindən keçməyiblər.

Bu kateqoriyaya, ABŞ-a quru sərhəd keçid məntəqələrindən daxil olub və qeydiyyat sənədi (məsələn, Form I-94) almayan kanadalılar daxildir.

ABŞ-a avtomobillə daxil olursunuzsa…

Kanadalı Snowbirds Assosiasiyası bildirir ki, ABŞ-a daxil olan səyahətçilər üçün Form I-94 avtomatik olaraq yaradılır, lakin bəzi hallarda bu, baş verməyə bilər.

Əgər ABŞ-da bir və ya iki həftə qalmağı planlaşdırırsınızsa, qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Lakin bir aydan çox qalmaq istəyən və qeydiyyatdan keçməmiş şəxslər yeni G-325R formasını doldurmaq məcburiyyətində qala bilərlər.

Kanadalılar qışda qalmaq üçün başqa ölkələr seçə bilər

Miqrasiya üzrə vəkil Stüart Fridman, bu qaydanın ABŞ iqtisadiyyatına təsir göstərə biləcəyini və kanadalıları başqa ölkələrə getməyə təşviq edəcəyini bildirir.

“Bu, onların Meksikaya, Dominikan Respublikasına və ya başqa yerlərə getmək istəməsinə səbəb olacaq,” – deyə, Miçiqan və Ontarioda fəaliyyət göstərən Fridman Global News-a bildirib.

“Onsuz da kövrək olan münasibətlərə əlavə problem yaradacaq.”

G-325R forması doldurulmalıdır

ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) saytında bildirir ki, quru sərhədindən keçən və ehtiyacı olan şəxslərə elektron Form I-94 veriləcək, lakin Berardi bunun həmişə baş vermədiyini qeyd edir.

İnsanlar ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətinin saytında hesab yaradaraq G-325R formasını seçməli və bu forma çərçivəsində əvvəlki ünvanları, cinayət qeydləri və ABŞ-da qalma məqsədləri ilə bağlı məlumat təqdim etməlidirlər.

Barmaq izi də tələb olunur

ABŞ hökumətinin sərəncamına əsasən, xarici vətəndaşlar qeydiyyatdan keçməklə yanaşı, barmaq izlərini də təqdim etməlidirlər. Lakin müvəqqəti son qaydada kanadalıların bu tələbə tabe olmadığı vurğulanırABŞ-a təyyarə ilə daxil olsanız…

Təyyarə ilə ABŞ-a səfər edənlər üçün, adətən, Form I-94 öncədən yaradılır. Buna görə də, hava yolu ilə ABŞ-a daxil olanların əlavə qeydiyyat proseduruna ehtiyacı olmaya bilər.

DHS sözçüsü Global News-a bildirib ki, bu elan qanunsuz şəkildə ABŞ-a daxil olan və ya icazəsiz qalan şəxslərə aiddir.“Artıq

Sərhədə qeyri-rəsmi yanaşmaq olmaz

“Bu, ABŞ sərhəd məntəqələrində düzgün şəkildə yoxlanılmamış şəxslərə şamil edilir və kanadalı qeyri-immiqrant ziyarətçilərə aid deyil.”

Lakin DHS eyni zamanda quru sərhəd məntəqələrindən keçən və qeydiyyat sənədi almayan kanadalıların yeni qaydaya tabe olacağını vurğulayıb.

Fridman bildirir ki, insanların gələcəkdə problemlərlə üzləşməməsi üçün qeydiyyatdan keçmələrini tövsiyə edir.

“Artıq sərhədə qeyri-rəsmi yanaşmaq olmaz,” – o qeyd edir.

“İndi sərhəd münasibətlərinin daha da mürəkkəbləşdiyini nəzərə alaraq, buna ciddi yanaşmaq lazımdır.”

Yazı Global News-dan tərcümə edilib.

Foto: Boundless

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp