Alberta tibb bacılarının Həmkarlar İttifaqı ilə əyalət hökuməti arasında təxminən 20 faiz maaş artımı ilə dörd illik razılaşma əldə olunub. Maliyyə naziri bildirir ki, bu müqavilə Alberta vilayətini işləmək üçün rəqabətə davamlı məkana çevirir.
Albertda 30,000-dən çox tibb bacısını təmsil edən həmkarlar ittifaqı aylardır davam edən danışıqlar və vasitəçilikdən sonra əyalət hökuməti ilə dörd illik kollektiv müqavilə imzalayıb.
Alberta Birləşmiş Tibb Bacıları İttifaqı (United Nurses of Alberta – UNA) aprelin 4-də bildirib ki, yeni razılaşma 2028-ci ilədək tibb bacılarının maaşlarında təxminən 20 faiz artım nəzərdə tutur.
İttifaqın açıqlamasına görə, müqavilə həmçinin Alberta əyalətində səhiyyə sisteminin yenidən qurulması fonunda iş yerlərinin təhlükəsizliyinin qorunması və kadr təminatı üzrə zəmanətlər də daxil olmaqla, bir sıra əlavə təminatları özündə əks etdirir.
Alberta Birləşmiş Tibb Bacıları İttifaqının prezidenti Heather Smith deyib ki, bu müqavilə tibb bacılarının gördüyü işə göstərilən hörməti əks etdirir.
Alberta maliyyə naziri Nate Horner isə bildirib ki, bu razılaşma vilayəti tibb bacıları üçün işləmək üçün rəqabətədavamlı məkana çevirir.
O əlavə edib ki, bu razılaşma və digər əyalət səviyyəsindəki işəgötürmə proqramları Alberta-nın özəl tibb bacılarından və beynəlxalq işəgötürmədən asılılığını azaltmalıdır.
Müqavilədə nəzərdə tutulan məqamlar arasında növbə gözləmə və ya növbə rəhbərliyi edən tibb bacılarına saatlıq əlavə ödənişlərin verilməsi də var.
Alberta hökuməti müqavilənin hər bir ilində ölkə üzrə Tibb bacısı proqramlarını yeni bitirmiş min məzunu tam ştatlı işə götürməyi və onların ilk aylarında “Məzun Tibb Bacısı Keçid Pilot Proqramı” çərçivəsində dəstək göstərməyi öhdəsinə götürüb.
Smith bildirib ki, yeni işə qəbul olunanlar klinik bələdçi və ya təcrübəli tibb bacısı ilə bərabər işləyəcək və həmin təcrübəli tibb bacıları mentorluq etdikləri üçün saat hesabına əlavə 2-dollar ödəniş alacaqlar.
Hökumət həmçinin iş başında travma yaşayan tibb bacılarına əvvəlcədən nəzərdə tutulmuş kompensasiya təminatlarını bərpa etməyə də razılaşıb.
Foto: Freepik