Ontarionun baş naziri Daq Ford ABŞ-ın gömrük rüsumlarını tətbiq etməyə davam edəcəyi təqdirdə, bir neçə Amerika ştatına elektrik enerjisinin verilməsini dayandırmaq təhdidini bir daha vurğulayıb.
“Əgər onlar Ontarionu məhv etməyə çalışırlarsa, mən hər şeyi edəcəyəm, o cümlədən üzümdə təbəssüm Amerikaya verdiyimiz enerjini kəsəcəyəm”, – Ford keçən həftə üçüncü dəfə çoxluq hökuməti qurduqdan sonra keçirdiyi ilk mətbuat konfransında belə deyib.
Qeyd edək ki, Ontario əyaləti Nyu-York, Miçiqan və Minnesota ştatlarına əsas elektrik enerjisi ixracatçısıdır.
“Onlar acını hiss etməlidirlər. Bizə sərt davranmaq istəyirlər? Onda biz onlara ikiqa sərt cavab verməliyik” – Ford əlavə edib.
Foto: Evan Mitsui/CBC