2025-ci il aprelin 1-dən etibarən Kanadada minimum əməkhaqqı 17.30 dollardan 17.75 dollara yüksələcək. Tətbiq olunacaq bu artım Federal Hökümət səviyyəsində tənzimlənən özəl sektorlarda və federal sahələrdə çalışan 26 mindən çox işçini əhatə edəcək. Canada.ca-in məlumatına görə, aşağıdakı sahələrdə çalışan mütəxəssislərin maaşları da haqqında danışdığımız artımdan təsirlənəcək:
- Bankçılıq, poçt və kuryer xidmətləri
- Əyalətlərarası nəqliyyat (hava, dəmir yolu, avtomobil yolu, dəniz)
- Radio və televiziya yayımı
- Uran mədənçiliyi
Qeyd: Əgər hər hansı bir əyalət və ya ərazi daha yüksək minimum əməkhaqqı təyin edibsə, işçilərə daha yüksək məbləğ ödəniləcək.
- Yeni Şotlandiya (Nova Scotia) üçün 2025-ci il minimum əməkhaqqı yeniliyi.
Cari: 15.30 CAD/saat
Yeni: 15.65 CAD/saat
Artım: 0.35 CAD
Məqsəd inflyasiya səviyyəsinə görə illik tənzimləmə ilə işçilərin artan xərclərə uyğunlaşmasına kömək olmaqdır.
- Nyufaundlend və Labrador (Newfoundland and Labrador) üçün 2025-ci il minimum əməkhaqqı yeniliyi.
Cari: 15.60 CAD/saat
Yeni: 16.00 CAD/saat
Artım: 0.40 CAD
Davamlı olaraq tətbiq olunan maaş artımı işçilərə yaşayış xərclərinin artımı fonunda maliyyə dəstəyi verir.
- Nyu Bransvik (New Brunswick) üçün 2025-ci il minimum əməkhaqqı yeniliyi.
Cari: 15.30 CAD/saat
Yeni: 15.65 CAD/saat
Artım: 0.35 CAD
Nyu Bransvikdə tətbiq olunan artım İstehlak Qiymətləri İndeksi (CPI) ilə əlaqələndirilib, bu da işçilərin alıcılıq qabiliyyətini qorumağa kömək edir.
- Yukon üçün 2025-ci il minimum əməkhaqqı yeniliyi.
Cari: 17.59 CAD/saat
Yeni: 17.94 CAD/saat
Artım: 0.35 CAD, inflyasiya əsasında
Yukon əyalətində bütün Kanada üzrə ən yüksək minimum əməkhaqqı tətbiq olunur. Əlavə saatlar (over time) üçün ödəniş dəyişməz qalır: gündə 8 saatdan və ya həftədə 40 saatdan artıq işlər üçün 1.5 qat ödəniş olunur.