Dekabrın 26-sı Azəbaycanda matəm elan edilib
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə əlaqədar Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azertag.az-ın məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə, 67 nəfər olub.
İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən tibb müəssisələrinə ikisi uşaq olmaqla xəsarət alan 29 şəxs aparılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb.
Çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm günü kimi elan edilib.
Qəzada həlak olanlara Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı veririk! Yaralılara tez bir zamanda şəfa arzulayırıq!