[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Azərbaycan Qadınlarına Dəstək Mərkəzi 20 illik yubileyini qeyd etdi (FOTOLARLA)

Dünən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi (AQDM) 20 illik yubileyini qeyd etdi. 100-dən çox qadının qatıldığı yubiley tədbirində əcnəbilər də var idi.

Tədbirin aparıcısı, AQDM-in İdarə heyətinin üzvü Könül Qurbanova yubileyə qatılan bütün iştirakçılara təşəkkürünü bildirdi. Söz müxtəlif icmaları təmsil edən qonaqlara verildi.

Toronto Yəhudi Qadınlarının Milli Şurasının prezidenti Eva Karpati AQDM-in qadınların bir-birinə dəstək olmaq üçün birləşdiyi güc, dözümlülük və fədakarlığın simvolu olduğunu qeyd etdi.

Vaughan Şəhər Şurasının 5-ci dairə üzrə üzvü və Ontario Parlamentinin keçmiş deputatı Gila Martou da AQDM-in yubileyi münasibətilə təbriklərini çatdırdı.

Ukrayna Qadınları Assosiasiyasının prezidenti Darsia Moskaluk-Rutkay qeyd etdi ki, bu yubiley, qadınların dəstəklənməsi və gücləndirilməsi istiqamətində iki onillik fədakar səylərini simvolizə edir: “Biz gender bərabərliyi və sosial inkişaf naminə əməkdaşlığımızı və səylərimizi davam etdirməyi səbirsizliklə gözləyirik”.

Azərbaycanlı Kanada Gənclər Şəbəkəsinin rəhbəri Qalibə Abdullayeva AQDM-in yaranma tarixi, məqsəsi, gördüyü işlər barədə məlumat verdi. Bildirdi ki, 2005-ci ildə Nazilə İsgəndərova tərəfindən təsis edilən kiçik Mərkəz güclü bir təşkilata, Kanadada və dünyada qadınları və ailələri dəstəkləyən mühüm bir qüvvəyə çevrilib: “Bərabərlik və qadınların gücləndirilməsi ideyası ilə başlanan bu təşəbbüs, bu gün icmalarımızda real dəyişikliklərə təkan verən bir hərəkat halına gəlib. AQDM-nin əsas məqsədi qadınların inkişafına dəstək olmaqdır. İcma ilə sıx əlaqə, vacib resurslara çıxış və sosial, təhsil və mədəniyyət proqramları vasitəsilə qadınlara inkişaf etmək, çətinlikləri aşmaq və daha parlaq bir gələcək qurmaq üçün real imkanlar yaradıb. AQDM qadınların və ailələrin məlumatlı, əlaqəli və bir-birinə dəstək ola bilməsini təmin edir”.

Mərkəzin, yalnız Azərbaycan qadınlarının deyil, Azərbaycan gəncləri və uşaqlarla bağlı da müxtəlif layihələr həyata keçirdiyini, onlara da dəstək olduğunu vurğuladı.

Daha sonra Könül Qurbanova deputat Məcid Cövhəri, Vaughan-Woodbridgdən əyalət parlamentinin deputatı (MPP) Mixael Tibollo, senator Salma Ataullahcan, Willowdale üzrə Toronto şəhər müşaviri Lili Çengin Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin yubileyi münasibətilə göndərdikləri təbrik məktublarını oxudu.

AQDM-in fəaliyyətində xüsusi rolu olan, illərdir dəstəyini əsirgəməyən xanımlar da yaddan çıxmadı. Mərkəz onları xüsusi sertifikatlarla təltif etdi.

Daha sonra qonaqlar iftar süfrəsi ətrafında yığışdı. AQDM-in yubileyi 8 Mart ərəfəsinə düşdüyü üçün bütün xanımlara qızlgül hədiyyə edildi.

 

 

 

 

 

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp