[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Bəzi avtomobillərin nömrə nişanları avtomatik yenilənmir

Kanadada avtomobil

Ontario hökumətinin avtomobil nömrə nişanlarının avtomatik yeniləmə sistemini təqdim etməsindən altı ay keçib. Bu yenilik milyonlarla sürücünün vaxtına qənaət etmiş olur.

Amma heç də bütün nömrələr avtomatik yenilənmir. Əgər Ontarioda istifadə müddəti bitmiş nömrə nişanı ilə yaxalansanız, 2,500 CAD məbləğə qədər cərimə oluna bilərsiniz.

Avtomatik yenilənməyə uyğun avtomobillər

Etibarlı sığortanız varsa və ödənməmiş cərimələriniz və ya borcunuz yoxdursa, Ontario hökumətinin 2024-cü ilin iyul ayında istifadəyə verdiyi avtomatik nömrə nişanı yeniləmə sistemi əksər minik avtomobillərinə, motosikletlərə, mopedlərə və 3,000 kiloqramdan az yük daşıyan yüngül yük maşınlarına şamil edilir. Avtomatik yenilənən nömrələr bir il müddətində etibarlıdır və bunun üçün nə yapışqanlar, nə də ödənişlər tələb olunur.

Əgər hər şey qaydasındadırsa, nömrə nişanınız istifadə müddətinin bitməsinə 90 gün qalmış avtomatik yenilənir və bu baş verəndə heç bir bildiriş almırsınız. Amma nəsə problem varsa, yeniləməni özünüz etməli olursunuz.

Hansı avtomobillər avtomatik yenilənməyə uyğun deyil?

Yeni sistemə əsasən, istirahət məqsədli avtomobillər (motorhome), ağır kommersiya yük maşınları, avtobuslar və hətta snoumobil (snowmobile) kimi bəzi nəqliyyat vasitələri avtomatik yenilənməyə uyğun deyil. Bu nəqliyyat vasitələrinin sahibləri prosesi ya onlayn, ya da ServiceOntario ofisinə gedərək həyata keçirməlidirlər.

Əgər ödənməmiş cərimələriniz və ya borcunuz varsa və ya sığortanızda hər hansı problem varsa, avtomatik yenilənmə üçün uyğun olmayacaqsınız. Buna görə də, parkinq cərimələri və ya ödənişli avtomobil yollarından gələn keçid haqqı ödənişlərini vaxtında ödəmək vacibdir.

100 CAD-2500 CAD cərimə

Ontario Yol Hərəkəti Qanununa görə, istifadə müddəti bitmiş nömrə nişanı ilə maşın sürmək sizi böyük cərimələrlə üzləşdirə bilər. Əksər qayda pozuntuları 100 CAD-1,000 CAD arasında cərimə ilə nəticələnir, amma kommersiya nəqliyyat vasitələrinin sahibləri 2,500 CAD-a qədər cərimə ala bilərlər.

Əgər nömrəniz avtomatik yenilənmirsə, siz ServiceOntario vasitəsilə SMS, e-poçt və ya adi poçt vasitəsilə xatırlatmalar alacaqsınız.

Bu bildirişlər nömrənizin istifadə müddəti bitməsinə 90 gün qalmış göndərilməyə başlayır və istifadə müddəti bitdikdən sonra 72 saat ərzində davam edir. Bundan sonra, hər hansı bir problemi həll etmək sizin üzərinizə düşür.

Əgər nömrənizin vəziyyətindən əmin deyilsinizsə, 3,000 kiloqramdan az çəkiyə malik avtomobillər, motosikletlər və mopedlər üçün onlayn yoxlama sürətli və asandır. Daha ağır və ya kommersiya nəqliyyat vasitələri üçün isə ServiceOntario ofisinə şəxsən baş çəkmək lazımdır. Son tarixləri qaçırmamaq üçün rəqəmsal xatırlatmalara qeydiyyatdan keçə bilərsiniz.

Yazı Kanada mediasından tərcümə edilib

Foto: Freepick

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp