2025-ci il aprelin 9-dan etibarən Kanada Hökuməti bütün CUSMA-ya (Kanada, Amerika və Meksika arasında imzalanan saziş) uyğun olmayan ABŞ istehsalı nəqliyyat vasitələrinə, eləcə də CUSMA-ya uyğun olan ABŞ istehsalı nəqliyyat vasitələrinin Kanada və Meksika mənşəli olmayan hissələrinə 25 faiz həcmində tarif tətbiq edir.
Kanada Maliyyə Nazirliyinin məlumatına görə, bu tariflər yalnız ABŞ mənşəli mallara şamil olunur. Mənşə müəyyənləşməsi üçün malların ABŞ malı kimi işarələnməsi hüququna malik olması əsas götürülür.
Amerika, Kanada avtomobil sənayesinə qarşı tətbiq etdiyi tarifləri ləğv edənədək bu qarşılıqlı tariflər qüvvədə qalacaq. Qeyd edək ki, tariflər qüvvəyə mindiyi gün Kanadaya doğru yolda olan ABŞ mallarına şamil olunmur.
Tramp: “Kanada, avtomobil sənayesini Amerikadan “oğurlayıb”
Qeyd edək ki, Kanada iqtisadiyyatında avtomobil sənayesi ABŞ prezidenti Donald Trampın tarif təhdidlərinin xüsusi hədəfinə çevrilib.
Tramp hakimiyyətə gələndən sonra açıq şəkildə bildirib ki, “avtomobillərin Detroitdə istehsal olunmasını” istəyir. Yəni Kanadanın avtomobil sənayesini tamamilə ABŞ-da yerləşən bir sənaye ilə əvəzləmək niyyətindədir.
Amma ekspertlərin hesablamalarına görə, bu sənayenin Amerikada qurulması ABŞ-a on milyardlarla dollara başa gələ bilər.
Fevral ayında Fox News-a verdiyi müsahibədə Tramp iddia edib ki, Kanada, avtomobil sənayesini ABŞ-dan “oğurlayıb”: “Əgər Kanadaya baxsanız, onların çox böyük avtomobil sənayesi var. Bizimkilər “yatanda” onlar bunu bizdən oğurlayıblar.
Kanada tərəfindən tarif tətbiq olunan nəqliyyat vasitələrəinin siyashısını bu linkdən əldə edə bilərsiniz.
Foto: Kelley Blue Book