[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Burada maple şərbəti çəkə, yun əyirə, heyvanları yemləyə bilərsiz (FOTOLARLA)

black creek pioneer village

Black Creek Pioneer Villagedə uşaqlar üçün onlarla əyləncə növü var

Black Creek Pioneer Village Toronto şəhərində ailəvi vaxt keçirmək üçün əla məkan sayıla bilər. North Yorkda yerləşən Pioneer Village tarixi açıq hava muzeyidir. Muzey 19-cu əsr Kanadasını canlandıraraq, ailələrə və uşaqlara tarixi zaman səyahəti etmək imkanı yaradır. Açıq havada yerləşən bu kənd tam olaraq uşaqların əyləncəsi, əylənərək öyrənməsi məqsədilə qurulub.

Burada Uşaqlar Üçün Nələr Var?

Burada 40-dan çox tarixi həyət evində fəaliyyətdə olan fermanlar, dəmirçi sexi, çap evi, poçt, toxuculuq fabriki, at yəhərləri düzəldilən sex və s. kimi evlər mövcuddur. Hamısı da keçmişdən qalıb. Uşaqlar burada səyahət edərək keçmişin həyat tərzini yaxından tanıyırlar.

Hər bir evdə uşaqlar üçün maraqlı əyləncələr düşünülüb:

  • Evlərin birində Pioneer Village-in işçisi o vaxtkı mədəniyyətdən, musiqi alətlərindən danışır, həm də bu alətlərdə ifa etməyi,19-cu əsrin kanadalılarının oxuduğu mahnıları zümzümə etməyi, rəqs etməyi öyrədir.
  • Digər evdə yunu didib əyirib ip düzətməyin sirlərindən danışılır, həm də sizə bunu etmək imkanı yaradılır. Hətta o zamanın paltarlarını geyinib şəkil çəkdirmək imkanı da əldə edirsiz.
  • Başqa bir evdə uşaqlara kuklaların dili ilə nağıl danışılır.
  • Ferma heyvanları ilə də tanış olmaq şansınız var. Uşaqlar qoyun, at, inək və toyuqları yaxından görə bilər, hətta hərdən onlara əl vurmaq, yemləmək imkanı da yaradılır.
  • Çöldə ocaq qalayıb o vaxtkı insanların hansı alətlərdən istifadə edərək, necə geyimdə ov etdiyi ilə tanış olmaq imkanı qazanırsınız.
  • Dəniz quldurları cildinə girən aktyorlarla birlikdə rəqs etmək, yaxud sehrbazın sehrlərini seyr etmək imkanı verilir.

Yuxarıda sadaladıqlarımız uşaqlarçün təşkil edilən fəaliyyətlərin yalnız bir hissəsidir. Hər bina orijinal əşyalar və dövrü əks etdirən eksponatlarla doludur ki, bu da uşaqların və valideynlərin real bir tarixi təcrübə yaşamasına imkan yaradır.

Maple Syrup (ağcaqayın şərbəti) necə çəkilir?

Mart tətili ilə əlaqədar hazırda 5 günlük Maple Syrup Günləri keçirilir. Martın 15-nə qədər davam edəcək Maple Syrup Günlərində həm siz, həm də övladlarınız Kanadada məşhur olan yerli xalqların ağcaqayın şərbəti hazırlamaq sənətini necə mənimsədiyini bilmiş olacaqsız. Siropun ağacdan çəkilmə üsulundan tutmuş qaynadılaraq hazırlanmasına qədər hər şeyi həm görəcək, həm də öyrənəcəksiniz. Üstəlik, sizə ağacdan çəkilən şərbəti içmək şansı da veriləcək.

Pulsuz şokoladlı çay

Çöldə soyuq olduğunu düşünməyin. Çünki vaxtınızın böyük hissəsi bir-birinə yaxın olan kənd evlərindəki fəaliyyətlərdə keçir. Üstəlik, təmiz havanın dadını çıxarmaq istəyənlər üçün pulsuz isti şokoladlı çay da verilir, hətta bəzən yanında peçenyə də ala bilərsiniz. Bundan başqa, gözünüzün qabağında ağcaqayın şirəsindən bişirilən şirniyyatlar da ala bilərsiniz. Kəndin içərisində yerləşən kafedən yemək ala, yaxud evdən gətirdiyiniz yeməyi də dada bilərsiniz.

Necə ziyarət edək?

Ünvan: 1000 Murray Ross Pkwy, Toronto

Fəaliyyət saatı: 11:00-16:00

Tarixlər: 10-14 mart 2025-ci il, bazar ertəsindən cümə gününə qədər

Bilet qiymətlərii:

Böyüklər (15+ yaş): $26.15 + HST

Yaşlılar/Tələbələr: $23.75 + HST

Uşaqlar (4-13 yaş): $21.40 + HST

Conservation Parks üçün illik üzvlük kartı almaqla bir il boyunca limitsiz giriş-çıxış edə bilərsiniz.

Getməmişdən əvvəl günlər və saatları yoxlamaq lazımdır.

Aşağıdakı linkə daxil olub Pioneer Village-in rəsmi vebsaytından daha ətraflı öyrənə və bilet əldə edə bilərsiz. Bileti gedib muzeydən də almaq mümkündür.

www.blackcreek.ca

Mart tətilində uşaqlarınızı aparmaq üçün digər əyləncəli məkanlarla tanış olmaq üçün bu linkə daxil olun – canazerbaijan.com

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp