[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Trudo: “Kanadanın ABŞ-ın bir hissəsi olacağına zərrə qədər də şans yoxdur”

Trump: “Birlikdə nə möhtəşəm bir Millət olardı!!!”

“Kanadanın ABŞ-ın bir hissəsi olacağına zərrə qədər də şans yoxdur. Hər iki ölkədəki işçilər və icmalar bir-birinin ən böyük ticarət və təhlükəsizlik tərəfdaşı olmaqdan faydalanır”.

Bunu öz İnstagram səhifəsində Kanadanın baş naziri Castin Trudo (Justin Trudeau) bildirib.

Qeyd edək ki, bu ilin yanvarın 20-də prezident kürsüsünə çıxacaq Donald Tramp dəfələrlə öz sosial şəbəkə hesablarında Kanadanın gələcəkdə Amerikanın 51-ci ştatı ola biləcəyinə işarə vurub. Trudonun Liberal partiyasının liderliyindən istefa verməsindən sonra dünən də Tramp Truth sosial şəbəkə hesabından bildirib ki, Kanadada çoxları Amerikanın 51-ci ştatı olmaq istəyir: “Əgər Kanada ABŞ ilə birləşsəydi, gömrük rüsumları olmazdı, vergilər xeyli azalar və onlar Rus və Çin gəmilərinin daim ətraflarında yaratdığı təhlükədən TAM SIĞORTALANMIŞ olardılar. Birlikdə nə möhtəşəm bir Millət olardı!!!”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp