[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadanın yeni baş naziri Mark Karney oldu

Yeni seçilən baş nazir Mark Karney: “Amerikalılar səhv etməsin – hokkeydə olduğu kimi, ticarətdə də Kanada qalib gələcək”

10 illik hakimiyyətdən sonra Castin Trudo Kanadanın baş naziri vəzifəsindən istefa verdi və ölkəni bu çətin dövrdə yeni seçilən baş nazir Mark Karneyə transfer etdi. Mark Karney  keçmişdə Kanadanın və İngiltərənin Mərkəzi banklarına rəhbərlik etmiş iqtisadçıdır. Trudonun istefası daha çox ona olan etimadın azalması və gərgin siyasi mühit fonunda baş verdi.

On il ərzində Trudo hansı işləri gördü?

2015-ci ildə ilk dəfə hakimiyyətə gələn Trudo, Kanadaya yeni bir irəliləyiş dövrü vəd edirdi. Onun zamanında hökumət marixuananın istifadəsini leqallaşdırdı, karbon vergisini tətbiq etdi və aboregenlərlə barışıq məsələlərinə diqqət yetirdi. Lakin onun rəhbərliyi həm də siyasi qalmaqallar, iqtisadi çətinliklərlə də yadda qaldı.

COVID-19 pandemiyası, inflyasiyanın yüksəlməsi və yaşayış xərclərinin əlçatmaz olması kimi səbəblərdən dolayı hökumətə ictimai etimad azalmağa başladı. Sosial ədalət siyasətini müdafiə edərək Kanadanın beynəlxalq mövqeyini gücləndirsə də, tənqidçilər Trudonun böyüyən iqtisadi bərabərsizlik və milli birlik problemlərini lazımi şəkildə həll etmədiyini bildirirdilər.

Trudonun istefası ilə Kanada yalnız daxili problemlərlə deyil, həm də ABŞ Prezidenti Donald Trampın artan təzyiqləri ilə üzləşən bir ölkə kimi qalır.

Karninin Çağırışı: Trampa Qarşı Durmaq

Yeni baş nazir Mark Karney təcrübəli iqtisadçı olmasına baxmayaraq əvvəllər heç bir seçkili vəzifədə çalışmayıb. Ottavada Rogers Mərkəzində keçirilən qəbul nitqində Karney, ABŞ ilə artan gərginliyə və Trampın Kanadaya qarşı aqressiv mövqeyinə dərhal cavab verib.

“Biz bu mübarizəni istəmirdik, amma başqası əlcəkləri çıxaranda kanadalılar həmişə hazır olurlar”,- deyə Karney bildirib.
“Amerikalılar səhv etməsin – hokkeydə olduğu kimi, ticarətdə də Kanada qalib gələcək”.

Onun açıqlamaları Trampın Kanadadan idxal olunan mallara tətbiq etdiyi 25 faiz tariflərə və Kanadanın ABŞ-ın “51-ci ştatı” ola biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə cavabdır. Karney, ABŞ-ın Kanadanı öz ərazisinə birləşdirmək cəhdlərini qətiyyətlə rədd edərək, “Kanada heç bir formada, heç bir şəkildə və heç bir vaxt Amerikanın bir hissəsi olmayacaq” deyə bəyan edib.

Qabaqda bizi nələr gözləyir?

Karney, Liberal Partiyanın hakimiyyətini gözlənilən növbəti federal seçkilərdə qorumaq üçün dəstək toplamalıdır. Siyasi sorğular Karni ilə Mühafizəkarların lideri Pyer Pualyev arasında gərgin rəqabət olduğunu göstərir ki, bu da Kanadanın siyasi gələcəyini qeyri-müəyyən edir.

İndilik bütün diqqət Karneyin Kanadadakı iqtisadi çətinliklər, ticarət müharibələri və cənub qonşusu ilə mürəkkəb münasibətlər fonunda nə edəcəyinə yönəlib.

Foto: Aljazeera

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp