Kanadadakı Cineplex kinoteatrlarında mart tətili üçün ailəvi baxa biləcəyiniz filmlərə endirim var. 10-14 Mart tarixləri arasında aşağıdakı ailəvi filmlər üçün biletlərin qiyməti 3.99 – 4.99 dollar arasında dəyişir.
Filmlər:
- Transformers One
- Despicable Me 4
- The Wild Robot
- Trolls Band Together
Bilet qiymətləri:
Kinoteatr kassalarından alınan biletlər: hər kəs üçün $3.99.
CineClub üzvləri üçün: $3.99 (bron haqqı yoxdur).
Scene+ üzvləri üçün: $4.99 ($3.99 + $1.00 onlayn bron haqqı).
Digər onlayn alışlar üçün $5.49: ($3.99 + $1.50 onlayn bron haqqı).
Bütün qiymətlərin üzərinə vergi (HST) əlavə edilir.