[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Dünyanın ən böyük 20 iqtisadiyyatı arasında olan Kanada niyə geri qalır?  

Son 10 ildə Kanadanın iqtisadi artım trayektoriyası eniş-yoxuşların vəhdətində inkişaf edib. Qlobal pandemiya, demoqrafik sıçrayışlar və məhsuldarlıq böhranı ilə üzləşən ölkə, makroiqtisadi baxımdan stabilliyini qoruya bilsə də, adambaşına iqtisadi artım sahəsində ciddi geriləmə müşahidə olunub.

Onilliyin icmalı: Nisbi nailiyyətlər və kəskin dalğalanmalar

2015-2025-ci illər ərzində Kanadanın real adambaşına Ümum Daxili Məhsul (ÜDM) artımı illik orta hesabla cəmi 1.1 faiz təşkil edir. Bu göstərici, 1981-ci ildən bəri müşahidə edilən zəif artım tendensiyasının davamı olaraq qiymətləndirilir.

2015-ci ildə adambaşına düşən ÜDM 43,594 ABŞ dolları olub, lakin bu, əvvəlki illə müqayisədə 14.46 faiz azalma deməkdir. 2016-cı ildə əlavə 2.94 faiz azalma, ardınca 2017-ci ildə 6.65 faiz və 2018-ci ildə 3.12 faiz artım baş verdi. 2019-cu ildə isə artım cəmi 0.40 faiz olub.

2020-ci ildə pandemiyanın təsiri ilə bu göstərici 6.07 faiz azalaraq 43,538 ABŞ dollarına enib. 2021-ci ildə isə 20.58 faiz artımla 52,497 ABŞ dolları, 2022-ci ildə isə 5.74 faiz artaraq 55,509 ABŞ dolları olub.

Bütün bu artımlara baxmayaraq, Kanadanın adambaşına ÜDM göstəricisi hələ də uzunmüddətli trenddən 7 faiz geri qalır, bu isə pandemiyadan kənara çıxan, struktur səviyyəli problemlərə işarə edir.

Kanada dünyanın ən böyük 20 iqtisadiyyatı arasında

2015–2025-ci illər üzrə inflyasiyaya uyğunlaşdırılmış ÜDM artımı baxımından Kanada 17 faiz  artımla dünyada 9-cu yeri tutur. Bu rəqəm ölkənin makroiqtisadi böyüməsini göstərsə də, adambaşına düşən gəlirin zəif artımı reallığı ilə ziddiyyət təşkil edir.

Məsələn:

  • Hindistan (77%), Çin (74%), Türkiyə (59%) kimi inkişaf etməkdə olan ölkələr Kanadadan daha yüksək böyümə göstəriciləri nümayiş etdiriblər.
  • İnkişaf etmiş ölkələrdən ABŞ (28%) və Avstraliya (25%) da adambaşına ÜDM baxımından Kanadadan irəlidədir.

Kanada niyə geri qalır?

Kanadanın adambaşına düşən iqtisadi göstəricilərində geriləməsinin əsas səbəbləri bunlardır:

  • Aşağı əmək məhsuldarlığı

Saat başına düşən məhsuldarlıq aşağı olub. Bu, həm iqtisadi səmərəliliyin, həm də əhalinin real gəlir artımının qarşısını alır

  • Zəif kapital yatırımı

2006-cı ildən etibarən işçi başına düşən əsas kapital yatırımı azalmaqdadır. Bu da texnologiyalardan səmərəli istifadəni və məhsuldarlığın yüksəlməsini məhdudlaşdırır.

  • Sürətli əhali artımı

Yüksək miqrasiya axını ÜDM-in ümumi artımına müsbət təsir göstərsə də, bu artım məhsuldarlıq artımını geridə qoyaraq adambaşına düşən iqtisadi göstəriciləri zəiflədib.

Mənbə: Kanada Statistika Komitəsi, Vizual Kapitalist və Makrotrends

Foto: Tipranks

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp