[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontario sakinlərinə 200 dollarlıq çek veriləcək

Kanadada Vergi

Bu il fevralın əvvəlinə kimi vergi ödəyicisi olan Ontario sakinlərə 200 dollarlıq çek təqdim olunacaq. Bunun üçün sakinlərin hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Nəzərdə tutulan məbləğ bir neçə həftə ərzində poçt vasitəsilə evlərə göndəriləcək.

Maliyyə naziri Peter Bethlenfalvinin sözçüsü Kolin Blacharın dediyinə görə, “hökumət 200 dollarlıq güzəşt çeki ilə vergi ödəyicilərinin cibinə pul qaytarır”.

Uyğun olan hər bir uşağa əlavə 200 dollar göndərilməsi də nəzərdə tutulur.

Kimlər sözügedən çeki alacaq?

  • 2023-cü ildə 18 yaşı tamam olan böyüklər
  • 2023-cü ildə Ontario əyalətinin sakini olanlar
  • 2024-cü ilin sonuna kimi 2023-cü ilin vergi bəyənnaməsini həm özləri, həm də övladları üçün təqdim edən sakinlər

Kimlərə pul düşmür?

2024-cü ildə iflas etmiş və ya həbsdə olan ontariolular ödəniş almayacaqlar.

3 milyardlıq qərar

Bu siyasətin hökumətə təxminən 3 milyard dollara başa gələcəyi gözlənilir və təxminən 12,5 milyon böyük, 2,5 milyon uşağı əhatə edəcək.

Tənqidçilər bu addımı hökumətin “hiyləsi” adlandırıb və çeklərin əyalətdə milyonçular və milyarderlər də daxil olmaqla hər kəsə göndərilməsini düzgün saymırlar. Ontario Liberal Partiyasının lideri Bonnie Crombie çekləri seçkiqabağı verilən “rüşvət” adlandırıb.

Yazı Kanada mediasından tərcümə edilib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp