[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Fuad Axundovla “Qədim Bakının sevgi hekayələri” (FOTOLARLA)

Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə tədqiqatçı Fuad Axundovla Torontoda görüş təşkil edildi

Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (AQDM) təşkilatçılığı ilə Bakının tarixi və memarlığının tanınmış tədqiqatçısı Fuad Axundovla görüş təşkil edildi. Dünən Torontoda düzənlənən görüş hər il Kanadada qeyd olunan Ailə Gününə və Kanada Bayrağı Gününə təsadüf etdiyi üçün qonaqlar arasında azərbaycanlı ailələr çoxluq təşkil edirdi.

Tədbiri Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin İdarə heyətinin üzvü Minirə Babayeva açıq elan etdikdən sonra idarə heyətinin digər üzvü Yeganə Cəfərova iştirakçılara Kanada Bayrağı Gününün tarixi ilə bağlı məlumat verdi. Daha sonra AQDM-in rəhbəri Nazilə İsgəndərova qonaqları Ailə Günü münasibətilə təbrik etdi və Kanadada Azərbaycanın ailə dəyərlərinin qorunub saxlanmasının əhəmiyyətindən danışdı. AQDM-in idarə heyətinin digər üzvü Könül Qurbanova tədbirin fəxri qonağı Fuad Axundov barədə məlumat verdi: “Fuad müəllimin Bakının tarixinə olan sevgisi onu bu mövzuda məqalələr yazmağa, mühazirələr oxumağa, təqdimatlar etməyə və filmlər çəkməyə sövq edib. O, Bakının köhnə məkanlarına turlar təşkil edir və öz kolleksiyasından olan tarixi fotolar vasitəsilə şəhərin keçmişi və bu günü arasında maraqlı müqayisələr aparır”.

Daha sonra Fuad Axundov “Sevgi hekayələrinə” əsaslanan və XIX əsr Bakısının arxitekturasını dəyişən “Old Baku’s Love Motifs” adlı təqdimat etdi. Fuad bəyin təqdimatı Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanları olmuş Əli Xan Şirvanşir və Nino Kipianinin məhəbbət hekayəsi ilə başladı və daha sonra Hacı Zeynalabdin Tağıyev və xanımı Sona Tağıyevanın, Bakı milyonçusu Murtuza Muxtarov və xanımı Liza Tuqanovanın, Teymur bəy Qulubəyov və həyat yoldaşı Hüsniyyə xanım Qulubəyovanın, Bala bəy Aşurbəyov və İsmət xanım Aşurbəyovanın “sevgi hekayələrini” tarixi fotoşəkillərlə əhatə etdi. Natiq, Bakının tarixi, memarlığı haqqında heç bir yerdə eşidilməyən, danışılmayan faktları o qədər gözəl dildə izah etdi ki, danışdıqları beyinlərə həkk edildi.
Tədbirin sonunda qonaqlar çay süfrəsi arxasında Bakı tarixi və memarlığı ilə bağlı müzakirələri davam etdirdilər.

Fuad Axundov

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp