[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Həmyerlilərimiz Torontoda məişət avadanlıqları mağazası açdılar

kanadadaki Azerbaycanlılar

Ötən həftə Torontoda iki həmyerlimiz – Pərviz Əsədov və Yusif Yusifov yeni məişət avadanlıqları mağazalarının açılışını elan etdilər. Toronto və ətraf şəhərlərdə məişət avadanlıqlarının təmiri ilə məşğul olan azərbaycanlı ustaları bir araya toplayan həmyerlilərimiz uzun illərdir sözügedən sahədə çalışırlar.

Qeyd edək ki, mağazada yeni, az istifadə olunmuş (open box) və təmir edilmiş (refurbished) məişət avadanlıqları tapa bilərsiniz. Pərviz Əsədov bizimlə söhbətində qiymətlərin münasib olduğunu bildirdi: “Bəzən avadanlıqları təmir etdirmək, yaxud yenisini almaq baha başa gəlir. Bu zaman həmyerlilərimiz yeni və bizim təmir edib mağazaya qoyduğumuz “ikinci əl” avadanlıqları uyğun qiymətə ala bilərlər”.

Mağaza Toronto şəhərinin North York (5601 Steeles Ave. W. Unit: 3) bölgəsində yerləşir. Həmyerlilərimizlə aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Pərviz Əsədov: 416-305-5505

Yusif Yusifov: 647-532-6185

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp