[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Həmyerlimiz Kanadada qızıl medal qazandı

Green Dojo Cüdo Məktəbinin (Green Dojo Judo School) şagirdi, Ontario Yüksək Performans Komandasının (Ontario High Perfomance Team) üzvü Cəsur Əliyev Britaniya Kolumbiyasının Abbotsford şəhərində güləş üzrə keçirilən Pacific International 2025-də iki kateqoriya üzrə yarışıb. Cəsur, öz yaşıdları ilə U-16 kateqoriyası üzrə qızıl medala layiq görülüb, U-18 kateqoriyasında isə bürünc medalla kifayətlənib.

C.Əliyev ortada

Daha sonra Alberta əyalətində keçirilən Edmonton Beynəlxalq yarışına qatılaraq U-18 kateqoriyası üzrə güləşib və bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb.

Xatırladaq ki, C. Əliyev ötən il cüdo güləş növü üzrə Kanada Milli Çempionatında da qalib olub.

Qeyd edək ki, Green Dojo Cüdo Məktəbi həmyerlimiz, məşqçi Fərid Əliyevə məxsusdur və məktəb artıq 1 ildir Vudbricdə (Woodbridge) fəaliyyət göstərir. 4-15 yaşlı uşaqlar və gənclərə cüdo üzrə dərslər verilir.

Məşqçi Fərid Əliyev Azərbaycan cüdo məktəbinin təmsilçisidir. Kanadada 5 il cüdo müəllimi kimi çalışıb və keçən ildən artıq öz məktəbini açıb. NCCP Kanadanın (The National Coaching Certification Program) məşqçı lisenziyasını alıb və öz cüdo məktəbində azərbaycanlı uşaqlara cüdo güləş növünü öyrədir.

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp