Kvebekin St-Amable şəhərində indi ya ağac əkməlisən, ya da cərimə ödəməlisən. National Postun yazdığına görə, Montrealdan təxminən 30 kilometr şimal-şərqdə yerləşən bu şəhər 2024-cü ildən etibarən ön həyətində yarpaqlı ağacı olmayan sakinlərə illik 200 dollarlıq vergi tətbiq edir. Məqsəd istixanaların verdiyi ziyanın qarşısını almaq və bioçeşidliliyi artırmaqdır.
Bu il vergi bildirişləri göndəriləndə təxminən 400 ev 200 dollarlıq vergi ilə üzləşib.
Foto: Brockleytree