Bu il aprelin 2-də Vinnipeq şəhər sakini Qurvinder Sinx Ahlualia, İmmiqrasiya və Qaçqınların Müdafiəsi Aktının (IRPA) 124-cü maddəsinə zidd olaraq əcnəbilərin icazəsiz çalışdırılması ilə bağlı ittihamı qəbul edib. Kanada Sərhəd Xidməti Agentliyinin mətbuat xidmətinin məlumatına görə, S.Ahlualia 20 aylıq ev dustaqlığı cəzasına məhkum olunub və 50 min CAD məbləğində cərimə ödəməyə məcbur edilib.
2023-cü ilin avqustunda Kanada Sərhəd Xidməti Agentliyinin (CBSA-Canada Border Services Agency) Cinayət Araşdırmaları Şöbəsi, Vinnipeqdə yerli tikinti şirkətində işçilərin qanunsuz çalışdırılması və onlara qarşı pis rəftarla bağlı məlumat aldıqdan sonra araşdırmalara başlayıb.
2024-cü ilin mayında CBSA axtarış orderlərini icra edərək bir neçə elektron cihaz və fiziki sənədi müsadirə edib. Sənədlərdən məlum olub ki, S.Ahlualia iş icazəsi olmayan əcnəbiləri Kanadaya işə cəlb edib və hətta iş icazəsi olan işçilərə də qanuni əməkhaqqından az ödəniş verilib. 2024-cü il noyabrın 26-da CBSA tərəfindən S.Ahlualiyaya qarşı rəsmi olaraq ittiham irəli sürülüb.
Foto: Buildforce