Gərgin keçən çempionat oyunundan sonra Kanada, Konnor McDavidin əlavə vaxtda vurduğu qızıl qolla ABŞ milli komandasını 3-2 xalla məğlub etdi.
Qeyd edək ki, Birləşmiş Ştatlar və Kanada altı gün ərzində ikinci dəfədir qarşılaşırlar. 4 Millət Turniri (4 Nations Face-Off tournament) çərçivəsində baş tutan və böyük maraqla izlənilən bundan əvvəlki hokkey yarışmasında ABŞ komandası Montrealın Bell Centre arenasında Kanada komandasını 3-1 hesabı ilə məğlub etmişdi. Məhz buna görə bu günkü qələbə kanadalılar üçün xüsusilə şirin idi. Onlar keçən həftə sonu ABŞ-a qarşı dairəvi mərhələdəki məğlubiyyətin əvəzini çıxmış oldular.
Nathan MacKinnon və Sam Bennett hesabda komandaya dəstək oldular, qapıçı Jordan Binnington isə əlavə vaxtda oyunu xilas edən bir neçə gözəl gediş sərgilədi. Amerikalı oyunçular Bredi Tkaçuk və Jeyk Sanderson qolları ilə fərqlənsələr də, bu, Sidney Krosbinin rəhbərlik etdiyi Kanada komandasını məğlub etmək üçün kifayət etmədi. Bu, Kanadanın ən yaxşı komandalar arasında ardıcıl dördüncü beynəlxalq qələbəsidir; əvvəlki qələbələr 2010 Vancouver Olimpiadası, 2014 Soçi Olimpiadası və 2016 Toronto Hokkey Dünya Kubokunda əldə edilmişdi.
Qeyd edək ki, Amerika və Kanada hokkey komandaları gələn il İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında yenidən üz-üzə gələcəklər.
Foto: nhl