Kanada mərkəzi bankı faiz dərəcəsini 3 faizə endirdi. Bank dərəcəsi 3.25 faiz və depozit dərəcəsi 2.95 faiz olaraq müəyyən edildi.
Qeyd edək ki, Kanadanın mərkəzi bankı, inflyasiyanın təxminən iki faiz səviyyəsində qalması və ABŞ-ın mümkün tarif təhlükəsinin davam etməsi fonunda ardıcıl altıncı dəfə faiz dərəcəsini endirib.
Kanada Bankının rəhbəri Tiff Maklem jurnalistlər qarşısında çıxışı zamanı tariflərin ciddi narahatlıq doğurduğunu, lakin bugünkü faiz dərəcəsinin azaldılması qərarına və açıqlanan pul-kredit siyasəti hesabatına təsir etmədiyini bildirib
TD Economics-in proqnozuna görə, Kanada Bankı ilin sonuna qədər faiz dərəcəsini ümumilikdə əlavə 100 baza bəndi azalda bilər. Bu o deməkdir ki, 2025-ci ilin sonuna qədər Kanada Bankının əsas faiz dərəcəsi 2 faizə enə bilər.