[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

CanAzerbaijan.com – Kanadada yaşayan azərbaycanlıların səsi!

CanAzerbaijan.com saytı Kanadada yaşayan azərbaycanlıların və Kanadada məskunlaşmaq istəyən həmyerlilərimizin maraq dairəsində olan mövzuları işıqlandırır.

Can Azərbaycan (Can Azerbaijan – Canada Azerbaijan) öz işlərində uğur qazanan, işinin peşəkarı olan soydaşlarımızla müsahibələr, müxtəlif sahələri əhatə edən reportajlar, icma üzvlərimizin maraq dairəsində olan araşdırmalar, icmamız və Kanadayla bağlı xəbərləri verir. Məqsədimiz Kanada Azərbaycan icmasını bir araya gətirmək, onların səsini daha geniş auditoriyaya çatdırmaqdır.

 

Nəyi işıqlandırırıq?

Uğur hekayələri və müsahibələr: Kanadada fərqli sahələrdə uğur qazanan, işinin peşəkarı olan azərbaycanlılar haqqında eksklüziv müsahibələr.

İcmamızda və Kanadada baş verən xəbərlər: Kanadadakı Azərbaycan icmasını maraqlandıran xəbərlər, tədbirlər və yeniliklər.

Biznes və sahibkarlıq: Kanadada fəaliyyət göstərən azərbaycanlı sahibkarlar, onların biznesləri və uğur formulları.

Təhsil və karyera: Gənc azərbaycanlılar üçün Kanadada təhsil və iş imkanları haqqında faydalı məlumatlar.

Azərbaycan mədəniyyəti və tarixi: Dilimiz, musiqimiz, mətbəximiz və milli dəyərlərimizi Kanadada yaşadan icma üzvlərimizlə bağlı yazılar.

Diaspora fəaliyyəti: Kanadadakı Azərbaycan təşkilatları və onların fəaliyyəti.

 

Biz kimik?

✔ İcma üçün çalışırıq – Kanadada yaşayan azərbaycanlıların həmrəyliyini və inkişafını dəstəkləyirik.

✔ Dəqiq və operativ informasiya veririk – İcma üçün vacib olan xəbərləri düzgün və operativ şəkildə təqdim edirik.

✔ Sizdən ilham alırıq! – Hər bir azərbaycanlının uğuru bizim üçün dəyərlidir və biz bu uğurları daha geniş auditoriyaya çatdırmağa çalışırıq.

 

Siz də bizim icmanın bir parçası olun! Fikirlərinizi, təkliflərinizi və xəbərlərinizi bizimlə bölüşmək üçün info@canazerbaijan.com elektron ünvanımıza yazın. Bizi İnstagramdan izləməyi unutmayın.

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp