[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadalılar təqaüd üçün pul yığımaqda çətinlik çəkir

Kanadalılar inflyasiyanın təqaüd üçün kifayət qədər məbləğ toplamalarına mane olduğunu deyir. Montreal Bankının (BMO) apardığı “təqaüd sorğusu”na görə, 63 faiz respondent son 12 ayda qiymət artımının  təqaüd yığım imkanlarını məhdudlaşdırdığını bildirir.

BMO-nun məlumatında deyilir ki, sorğuda iştirak edən kanadalıların 76 faizi inflasiyanın təqaüd üçün kifayət qədər məbləğ toplamaqlarına mane olmasından narahatdır.

Amma inflasiyaya baxmayaraq, RRSP-yə qoyulan məbləğ rekord səviyyəyə çatıb. BMO Özəl İnvestisiya konsulunun baş investisiya strategi və idarəedici direktoru Brent Joyce bildirib ki, bir çox kanadalı iqtisadi böhrana baxmayaraq təqaüd yığımlarını prioritet hesab edir: “RRSP-yə qoyulan illik məbləğ ortalama 7,447 dollara çatacaq ki, bu da ötən ilə (6,512 dollar) nisbətən 14 faiz artım deməkdir. Üstəlik, pandemiya şəraitində – 2021-ci ildə qeydə alınan (6,822 dollar) yüksək həddən də yuxarıdır”.

Kanadalıların təqaüd planında etdikləri dəyişiklilklər

Sorğuda iştirak edən və qiymətlərin artmasının təqaüd yığım imkanlarını məhdudlaşdırdığını bildirən 63 faiz kanadalının təqaüd planlarında etdikləri əsas dəyişikliklər aşağıdakılardır:

  • Digər xərclərı azaltmaqla təqaüd yığımlarını qorumaq
  • Təqaüd yığımına daha az pul ayırmaq
  • Daha çox işləməyi planlaşdırmaq
  • Təqaüd yığımlarından tamamilə imtina etmək

Təqaüd planlama məsləhətləri

BMO iqtisadçısı Robert Kavcicin sözlərinə görə, inflyasiya Kanadalıları narahat edir: “Pandemiyadan sonra qiymətlərin sürətlə artması təqaüd yığımı, investisiya və xərclərə ciddi təsir göstərir. Uzunmüdətli maliyyə strategiyalarında inflasiyanı nəzərə almaq və peşəkar maliyyə məsləhətçisi ilə görüşmək vacibdir”.

BMO Təqaüd planlama məsləhətləri aşağıdakılardır:

  • Planlamaya erkən başlayın
  • Xərclərinizi ehtiyatla idarə edin
  • RRSP-yə nağd pul yox, aktivlər köçürün
  • Peşəkar məsləhət alın

Qeyd edək ki, BMO Şimali Amerikanın ən böyük 8-ci bankıdır və 2024-cü ilin sonuna olan məlumata görə, 1,41 trilyon dollarlıq aktivə sahibdir.

Foto: access-wealth

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp