Kanada dünyanın ən zəngin təbii sərvətlərinə malik ölkələrindən biridir. Şirin su ehtiyatından tutmuş neft və qazına, qızılına və digər metal və minerallarına görə Kanada dünyada ilk sıralarda gələn ölkələrdəndir.
Kanadanın enerji resursları
Kanada qlobal enerji bazarında əsas oyunçulardan biridir və dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarına malikdir.
- Sübut edilmiş neft ehtiyatları: 170 milyard barrel (dünyada 3-cü yer)
- Gündəlik neft hasilatı (2023): 4.9 milyon barrel
- İllik neft və qaz gəliri: 170 milyard CAD
- Potensial bazar dəyəri: Neftin bir barreli 80 CAD qiymətində olarsa, Kanada ehtiyatlarının ümumi dəyəri 13.6 trilyon CAD təşkil edir.
Kanada həmçinin hidroenerji istehsalında liderdir. Kvebek, Britaniya Kolumbiyası və Manitoba həm Kanadanın daxili bazarı, həm də ixrac üçün enerji istehsal edir.
Bu gün Kanada hidroenerji, külək və günəş enerjisi sahələrinə investisiya qoyaraq bərpa olunan enerji bazarında da lider olmaq istəyir.
- Kanada elektrik enerjisinin 60 faizini hidroenerjidən istehsal edir
- Təmiz enerji gəliri: 50 milyard CAD
Mədən və Metallurgiya Sənayesi
Kanada mühüm sənaye və texnologiya sektorları üçün vacib olan bir çox mineral və metal istehsal edir. Təxminən 200 mədən və 6,500 qum, çınqıl və daş karxanasında 60 növ mineral və metal istehsal edilir.
2023-cü ildə Kanada 60-dan çox mineral və metal istehsal edərək 72 milyard dollar dəyərində məhsul əldə edib. Metallar ümumi istehsalın yarısından çoxunu təşkil edib, əsas pay isə 20 faizlə qızıla məxsusdur.
Kanada bu gün sürətlə inkişaf edən təmiz enerji texnologiyaları üçün vacib olan bir çox strateji mineralların aparıcı qlobal istehsalçılarından biridir.
Mədənçilik, ilkin emal və metal məhsulları istehsalını əhatə edən mineral sektoru 2023-cü ildə 430,000 nəfəri işlə təmin edib.
2023-cü ildə mineral və metal məhsullarının ixracı 151 milyard dollara çataraq, Kanadanın ümumi əmtəə ixracının 21 faizini təşkil edib.
Meşə ehtiyatı və taxta sənayesi
Kanadanın ərazisinin 40 faizi meşələrlə örtülüb, bu da onu taxta və meşə məhsulları istehsalında qlobal liderlərdən biri edir.
- İllik ixrac dəyəri: 30 milyard CAD
- Dünya reytinqi: 3-cü ən böyük taxta ixracatçısı
- İqtisadi töhfə: 65 milyard CAD
Şirin su ehtiyat;
Kanada dünyanın şirin su ehtiyatlarının 20 faizinə sahibdir.
- İllik bərpa olunan su ehtiyatı: 2.85 trilyon kubmetr
- İllik hidroelektrik enerji gəliri: 30 milyard CAD
- Potensial olaraq 400–500 milyonluq bir xalqa yetəcək qədər su ehtiyatı var.
Kənd təsərrüfatı potensialı
Kanada qlobal kənd təsərrüfatı bazarında güclü oyunçulardan biridir və buğda, kanola, paxlalılar, süd məhsulları və heyvandarlıq sahələrində geniş ixracata malikdir.
- İllik buğda ixracı: 23 milyon ton (~9 milyard CAD)
- Kanola ixracı: 10 milyon ton (~14 milyard CAD)
- Ümumi kənd təsərrüfatı gəliri: 140 milyard CAD
- Qida təminatı potensialı: 200 milyondan çox insanı qidalandırmağa yetərlidir
Bu qədər zəngin sərvətlə nə qədər insan yaşaya bilər?
Əhali sıxlığı və yaşayış üçün mümkün ərazilər
- Mövcud əhali sıxlığı: 1 km²-də 4 nəfər
- Yaşamaq üçün əlverişli ərazi: 4 milyon km² (ümumi ərazinin 40 faizi)
- Maksimum sıxlıq (ABŞ səviyyəsində – 36 nəfər/km²): 144 milyon insan
- Real əhali potensialı: 150–200 milyon insan
Torpaq, su, qida və enerji resurslarına görə Kanadada rahatlıqla 150-200 milyon insan yaşaya bilər. Bunun üçün urbanizasiya və iqtisadi inkişaf sahələrinə böyük sərmayələr yatırmaq lazımdır.
Yazı natural-resources.canada-dan tərcümə edilib.
Foto: CanadaAction