[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadaya immiqrasiya üçün yeni proqram açılıb  

kanadaya immiqrasiya

HƏM KANADADA YAŞAYANLAR, HƏM DƏ ÖLKƏ XARİCİNDƏ OLANLAR MÜRACİƏT EDƏ BİLƏR

Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi (Immigration, Refugees and Citizenship Canada – IRCC) daimi yaşayış üçün Ucqar Ərazilərə İmmiqrasiya Pilot Proqramını (Rural Community Immigration Pilot – RCIP) açıqlayıb.

Nazirlik adıçəkilən pilot proqramın başladığını və iştirak edəcək icmaların seçildiyini də elan edib. İmmiqrasiya Pilot Proqramı aşağıdakı şərtlərə uyğun olan xarici vətəndaşlar üçündür:

  • Kanada ərazisində (Kvebek əyaləti xaric) ucqar kənd yerlərindəki əmək bazarında olan işçi çatışmazlığını aradan qaldıra biləcək bacarıqlara malik olanlar.
  • Bu icmalarda uzunmüddətli yaşamaq istəyənlər.

 

PROQRAMDA İŞTİRAK ÜÇÜN SEÇİLƏN İCMALAR

İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi pilot proqramda iştirak edəcək 14 icmanı seçdiyini elan edib.

kanadaya immiqrasiya

Bu icmaların hər biri yerli iqtisadi inkişaf agentliyi tərəfindən təmsil olunacaq. Həmin təşkilatlar:

  • Əmək bazarında mövcud olan çatışmazlıqları müəyyən edəcək.
  • Etibarlı işəgötürənləri təsdiqləyəcək.
  • PR (daimi yaşayış) üçün namizədləri IRCC-yə tövsiyə edəcək.

İcmalar yaxın zamanda həm işəgötürənlər, həm də PR namizədləri üçün müraciət prosesinə dair əlavə məlumat və vaxt cədvəli təqdim edəcəklər.

KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?

Yeni proqram işəgötürənlərə yönəldilmiş və seçilmiş icma üçün nəzərdə tuturlmuşbxüsusi bir immiqrasiya yoludur. Namizədlərdən mütləq şəkildə təsdiqlənmiş olan bir işəgötürəndən iş təklifi alması tələb olunur.

Proqrama uyğun olmaq üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • İş təcrübəsi:
    • Müəyyən şərtlərə uyğun iş təcrübəsi tələb olunur.
    • Bu tələb müəyyən şərtləri ödəyən beynəlxalq məzunlar üçün istisna edilə bilər.
  • Etibarlı iş təklifi:
    • Namizəd təsdiqlənmiş bir işəgötürəndən (yerli iqtisadi inkişaf agentliyi tərəfindən təsdiqlənmiş işəgötürən) rəsmi iş təklifi almalıdır.
  • Dil biliyi:
    • Tələb olunan Kanadada Dil Bilikləri (Canadian Language Benchmark – CLB) səviyyəsi, iş təklifinin NOC TEER təsnifatına əsasən dəyişir.
  • Təhsil:
    • Namizəd ən azı orta məktəb səviyyəsində təhsil diplomuna sahib olmalıdır.
  • Maddi vəziyyəti sübut edən sənəd:
    • Namizəd özünü və ailəsini ən azı bir il ərzində dolandıra biləcəyini sübut etməlidir.
  • İcma daxilində yaşamaq niyyəti:
    • Namizəd, işləyəcəyi təsdiqlənmiş icmada yaşamaq niyyətində olduğunu göstərməlidir.
  • Tövsiyə sertifikatı:
    • PR-a müraciət zamanı iqtisadi inkişaf agentliyindən etibarlı tövsiyə sertifikatı olmalıdır.

Qeyd edək ki, Kanada daxilində yaşayan namizədlərin müraciəti zamanı etibarlı müvəqqəti yaşayış statusu olmalıdır.

  • Onlar PR statusunu alana qədər etibarlı statuslarını qoruyub saxlamalıdırlar.

Qeyd edək ki, Ucqar Ərazilərə İmmiqrasiya Pilot Proqramı  2024-cü ilin avqustunda yeni müraciətləri qəbul etməyi dayandıran Ucqar Ərazilər və Şimla Bölgələrə İmmiqrasiya Pilot Proqramının (Rural and Northern Immigration Pilot Program – RNIP) əvəzləyicisi kimi  həyata keçirilir.

Son açıqlamasında, Kanadanın immiqrasiya naziri Mark Miller yeni pilot proqramının  gələcəkdə daimi proqram kimi təsis edilməsinin planlaşdırıldığını bildirib.

İMMİQRASİYA PİLOT PROQRAMI NƏDİR?

İmmiqrasiya pilot proqramları daimi yaşayış üçün müvəqqəti immiqrasiya yollarıdır.

  • Pilot proqramlar, ümumiyyətlə, 5 ilə qədər davam edir.
  • Müddət başa çatdıqda yeni müraciətlərin qəbulu dayandırılır.
  • Kanada, regional və ya spesifik peşə sahələrində işçi çatışmazlıqlarını həll etmək üçün bu tip proqramlardan istifadə edir.
  • Pilot proqramlar, federal hökumətə yeni immiqrasiya yollarını sınaqdan keçirməyə və onların uğurunu qiymətləndirməyə imkan yaradır.

Uğurlu pilot proqramlar gələcəkdə daimi immiqrasiya proqramlarına çevrilə bilər.

NECƏ MÜRACİƏT ETMƏK OLAR?

Bu linkdən daxil olub proqramın şərtləri ilə tanış ola və müraciət edə bilərsiniz.

Foto: Freepik/Aİ Generation

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp