[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Karbon vergisi kompensasiyası bu gün bank hesablarınıza köçəcək  

kanadada karbon vergisi

Bu gün Kanadanın bəzi əyalətlərində vergi ödəyiciləri karbon vergisi kompensasiyası alacaqlar. Bu barədə Kanadanın baş naziri Castin Trudo (Justin Trudeau) İnstagram səhifəsindəki çıxışında bildirib: “Ödəmələr ya birbaşa sizin bank hesabınıza, ya da çek formasında poçt qutunuza gələcək”.

Qeyd edək ki, ödəniş üçün ayrıca hansısa quruma müraciət etməyinizə ehtiyac yoxdur.

Kimlər kompensasiya almağa uyğundur?

Geri ödənişə uyğun olmaq üçün federal hökümətin karbon vergisi tətbiq etdiyi aşağıdakı əyalətlərdən birində yaşamalısınız:

  • Alberta
  • Saskaçevan
  • Manitoba
  • Ontario
  • Nyufaundlend və Labrador (Newfaundlend and Labrador)
  • Nova Skoşiya (Nova Scotia)
  • Şahzadə Edvard Adası (Prince Edward Island)

Həmçinin:

Əvvəlki il üçün gəlir vergisi bəyannaməsi təqdim etməlisiniz. Hazırda ödəniş 2023-cü ildə vergi bəyannaməsi edənlərə şamil edilir.

Kimlər uyğun deyil?

  • Vergi ödəməyən şəxslər.
  • Ödəniş dövründə 90 gündən çox həbsdə olanlar.

 

Nə qədər ödəniş alacaqsınız?

Kompensasiya ailənin gəlirinə əsasən deyil, yaşadığınız əyalət, ailə vəziyyətiniz və ailə üzvlərinin sayından asılı olaraq dəyişir. Ailədə yalnız bir nəfər (vergi bəyannaməsini ilk edən ailə başçısı) bütün ailənin əvəzinə sözügedən kompensasiyanı alır.

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-2024-cü ilin hər rübü üçün təxminən aşağıda göstərilən məbləğdə karbon kompensasiyası alacaqsınız.

Əyalətlər AB MB ON SK NL NS PEI NB
Ailə başçılarından birincisi $193 $132 $122 $170 $164 $124 $120 $92
İkinci ailə başçısı $96.50 $66 $61 $85 $82 $62 $60 $46
19 yaşdan aşağı hər bir uşaq $48.25 $33 $30.50 $42.50 $41 $31 $30 $23

Qeyd edək ki, kənd yerlərində və ya kiçik icmalarda yaşayan insanlar üçün enerji tələblərinin daha yüksək olduğunu nəzərə alaraq, 10 faizlik əlavə bonus da mövcuddur.

Karbon Vergisindən geri ödəmələr nədir?

Karbon Vergisindən geri ödəmələr, federal karbon vergisinin yaratdığı xərcləri azaltmaq məqsədilə nəzərdə tutulub. Bu vergi, Kanada hökümətinin müəssisələri və fərdləri daha çox ekoloji təmiz yanaşmağa təşviq edərək istixanalarada istifadə olunan qaz tullantılarını azaltmaq planının bir hissəsidir.

Hökumət karbon vergisi səbəbindən yaşayış xərclərinin artdığını anlayır və buna görə toplanan vəsaitin əksər hissəsini geri ödəmə şəklində Kanada vətəndaşlarına qaytarır.

Ödənişlərin zamanı

2022-ci ilin iyul ayından etibarən geri ödəmələr artıq illik vergi bəyannaməsinə daxil edilmir. Bunun əvəzinə ödənişlər rüblük olaraq həyata keçirilir:

  • Yanvar
  • Aprel
  • İyul
  • Oktyabr

Məsələn, 2025-ci ilin ilk ödənişi, 2024-cü ilin son üç ayını əhatə edir. Ödənişlər birbaşa Kanada Vergilər Nazirliyi (Canada Revenue Agency) tərəfindən göndərilir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp