[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kirayədə qalanlar dövlətdən 1600 CAD ala bilərlər  

Bir sıra əyalətlərdə kirayədə qalanlara və Kanada üzrə evdən işləyənlərə yardım ediləcək

Əgər Kanadada kirayədə yaşayırsınızsa, ödədiyiniz vergiləri azaltmaq, yaxud daha böyük geri ödəniş almaq üçün bir sıra vergi güzəştlərinə uyğun ola bilərsiniz. Bir neçə əyalət üzrə hökumət, bu il kirayədə yaşayanlara vergilərdən geri ödəmələr təklif edir:  bu məbləğ 1,600 CAD-a qədər çata bilər. Bu miqdar əyalətlər üzrə aylıq dəstək ödənişlərindən tutmuş birdəfəlik kreditlərə qədər dəyişir.

Britaniya Kolumbiyası kirayəçi vergi krediti (B.C. Renter’s Tax Credit)

  • Kimlərə aiddir: 2024-cü ildə azı altı ay kirayə mənzildə yaşayan, yaşı 19 və ya daha çox olan, gəliri 83 min CAD və ya daha az olan Britaniya Kolumbiyası sakinləri.
  • Güzəşt məbləği: Bəyan edilmiş gəliri 63,000-dollar və ya daha az olan fərd və ya ailələr üçün maksimum 400 dollar. Gəlir 63,000 ilə 83,000-dollar arasında olduqda, kredit məbləği azalır.
  • Necə müraciət etməli: Federal vergi bəyannamənizlə birlikdə BC479 formasını doldurun. Kirayə ünvanları, ödənilən məbləğ, kirayə müddəti və ev sahibi barədə məlumat verməlisiniz.
  • Ətraflı məlumat: B.C. Renter’s Tax Credit

Manitoba kirayəçiləri üçün vergi krediti (Manitoba Renters Affordability Tax Credit)

  • Kimlərə aiddir: 2024-cü ildə əsas yaşayış yeri kimi mənzil kirayələyən manitobalılar, o cümlədən sosial evlərdə yaşayanlar və ya EIA (Employment and Income Assistance) olmayan Rent Assist proqramı ilə dəstək alanlar.
  • Güzəşt məbləği: Hər ay üçün 43.75 dollar, illik maksimum 525 dollar. Yaşlı şəxslər üçün əlavə 300 dollara qədər əlavələr mövcuddur (ailə gəlirinə əsasən azalır).
  • Necə müraciət etməli: Manitoba vergi bəyannamənizlə birlikdə MB479 formasını doldurun.
  • Ətraflı məlumat: Manitoba Personal Tax Credits

Ontario enerji və əmlak vergisi krediti (Ontario Energy and Property Tax Credit)

  • Kimlərə aiddir: 2024-cü ildə Ontario əyalətində kirayə və ya əmlak vergisi ödəmiş və müəyyən yaş və ya ailə tələblərinə cavab verən şəxslər.
  • Güzəşt məbləği: 18–64 yaşlı fərdlər üçün 1,283 dollaradək, 65 və yuxarı yaşlılar üçün isə 1,461 dollaradək. Yaşayış şəraitindən asılı olaraq əlavə məbləğlər də tətbiq oluna bilər.
  • Necə müraciət etməli: Federal vergi bəyannamənizlə birlikdə ON-BEN formasını doldurun. Ödənişlər aylıq və ya birdəfəlik Ontario Trillium Benefit vasitəsilə verilir.
  • Ətraflı məlumat: OEPTC Questions and Answers

Kvebek Həmrəylik vergi krediti (Quebec Solidarity Tax Credit)

  • Kimlərə aiddir: 2024-cü il ərzində kirayədə qalan və ev sahibindən RL-31 sənədi alan Kvebek sakinləri.
  • Güzəşt məbləği: Gəlirə və ailə vəziyyətinə görə dəyişir. Tək şəxslər üçün təxminən 1,256 dollar, cütlüklər üçün 1,600-dollar və 4 nəfərlik ailə üçün 1,910 dollar civarındadır.
  • Necə müraciət etməli: Kvebek vergi bəyannamənizlə birlikdə Schedule D daxil edin və RL-31 sənədindən istifadə edin. Ödənişlər 2025-ci ilin iyul ayında birbaşa depozit vasitəsilə həyata keçirilir.
  • Ətraflı məlumat: Solidarity Tax Credit

Ev və ofis xərcləri üzrə güzəşt (Federal səviyyədə)

  • Kimlərə aiddir: İşəgötürənin tələbi ilə 2024-cü ildə evdən işləyən və uyğun iş xərcləri çəkmiş işçilər.
  • Güzəşt məbləği: Evdə işlənən sahənin faizi və münasib xərclər (kirayə, kommunal xərclər, internet) əsasında hesablanır.
  • Necə müraciət etməli: İşəgötürənin imzaladığı T2200 formasını əldə edin və T777 formasını doldurun. Ümumi məbləği vergi bəyannaməsinin 22900-cü sətrində göstərin.
  • Ətraflı məlumat: Home Office Expenses for Employees

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp