2024-cü ilin üçüncü rübündə Böyük Torontoda (The Greater Toronto Area – GTA) kondominium mənzil bazarında qiymətlər həmişəkindən fərqlənir. Toronto və Hamilton bölgəsində mənzil kirayəsi qiymətlərində 2021-ci ildən bəri ilk dəfə azalma müşahidə olunur.
Toronto Regional Əmlak Şurasının (Toronto Regional Real Estate Board – TRREB) məlumatına görə, 2024-cü ilin üçüncü rübündə kondominium mənzil satışları illik müqayisədə 4,4 faiz azalaraq 4,204 ədədə düşüb. Eyni zamanda, kirayəyə verilən kondominiumların sayı 29,2 faiz artaraq 18,540-a çatıb.
Satışa çıxarılan kondominiumların sayının 10,6 faiz artması alıcılara daha çox seçim imkanı verməklə yanaşı, qiymətlərin bir qədər azalmasına da səbəb olub. Eyni zamanda, kondominiumların kirayə verilməsində də əhəmiyyətli artım müşahidə edilib – 46,6 faiz. Bu, kirayənişinlərə daha çox seçim imkanı verməklə yanaşı, kirayə bazarında qiymətlərin azalmasına səbəb olacaq. Qeyd edək ki, bir otaqlı kondominiumların ortalama kirayə haqları 5 faiz azalaraq 2,499 dollara, iki otaqlı kondominiumların kirayə haqları isə 5,6 faiz azalaraq 3,216 dollara düşüb.
Kirayə Qiymətlərindəki Dəyişikliklər:
- Studio mənzillər: Ən böyük azalma müşahidə olunub – 3.9 faiz.
- Bir otaqlı mənzillər: 1.8 faiz azalma.
- İki otaqlı mənzillər: 0.9 faiz azalma.
- Üç otaqlı mənzillər: Ən az azalma müşahidə olunub – 0.6 faiz.
Torontoda kondominium mənzillərin orta satış qiyməti illik müqayisədə 3,3 faiz azalaraq 713 min 801 dollara enib. Keçən il bu rəqəm 737 min 35-dollar idi.
Toronto Regional Əmlak Şurasının baş analitiki Ceyson Merser, 2025-ci ildə faiz dərəcələrinin sabitləşməsi və potensial alıcıların inamını bərpa etməsi ilə kondominium bazarında daha müsbət hərəkətlilik yaranacağını proqnozlaşdırır: “Hesabatda qeyd edildiyi kimi, növbəti aylarda kondominium bazarında vəziyyət yaxşılaşmağa başladıqca, keçən il ərzində satışa çıxarılsa da, indiyədək marketdə qalan mənzillərin böyük hissəsi satılmağa başlayacaq”, deyə Mercer bildirib. “Nəticədə bu, yenidən qiymət artımına gətirib çıxaracaq, lakin bu, daha çox 2025-ci ilin gedişatında bəlli olacaq”.
Yazı mpamag.com və canadianmortgagetrends.com saytlarından tərcümə edilib.
Foto Freepik-dən götürülüb.