[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Mado Kanada Türkiyədəki siyasi hadisələrlə bağlı bəyanat yayıb

“Son günlər Mado Kanadanı Türkiyədəki siyasi hadisələrlə əlaqələndirməyə yönəlmiş cəhdlər bizim biznesimizi və dəyərlərimizi yanlış təqdim edir”. Kanadada fəaliyyət göstərən Mado Kafe və Restoranlar şəbəkəsinin rəhbərliyi tərəfindən sosial media hesabından yayımlanan rəsmi bəyanatda belə deyilir.

Qeyd edək ki, Kanadadakı Mado Kafe və Restoranlar şəbəkəsinin sahiblərindən biri həmyerlimiz Asif Kərimovdur.

Bəyanatda qeyd edilir ki, siyasi debatlar “acıqlı, sərt, hətta kobud” ola bilər: “Lakin Mado Kanadanı “yerli inqilabi siyasi qüvvələr”, yaxud Türkiyə hökumət dairələri ilə əlaqələndirmək yolverilməzdir: “Biz aydın şəkildə bildirmək istəyirik ki, Mado Kanada müstəqil biznesdir və bizim Türkiyədə heç bir ticarət fəaliyyətimiz yoxdur. Xidmətlərimiz tamamilə Kanada qanunlarına və çoxmədəniyyətli dəyərlərə uyğundur. Bu saxta iddialar, Grant vs. Torstar Corp. məhkəmə işində təsvir olunduğu kimi, haqsız yerə nüfuzumuza zərər vurduğu üçün böhtan xarakteri daşıyır. Bundan əlavə, Cinayət Məcəlləsinin 319(2)-ci maddəsi hər hansı tanınan qrupa qarşı nifrətin yayılmasını qadağan edir və belə hərəkətlər cinayət məsuliyyəti daşıya bilər”.

Mado Kanada yaydığı bəyanatda siyasi cəhətdən neytral qaldığını, inklüzivliyə üstünlük verdiyini və bütün müştərilərinə keyfiyyətli xidmət göstərməyə sadiq olduğunu, parçalanmaya səbəb olan ritorika əvəzinə, birliyi təşviq etdiyini qeyd edib.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp