[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Məryəm Həsənli Toronto Elm Sərgisində kimya üzrə 1-ci yeri qazanıb

11 yaşlı Məryəm Həsənli Toronto Elm Sərgisində kimya sahəsində 1-ci yeri qazanıb. Kingslake orta məktəbinin 5-ci sinfində təhsil alan həmyerlimiz sinif yoldaşı Matthew Gonzeles ilə birlikdə hazırladıqları “Ən yaxşı qar əridən maddə”ni təcrübədən keçiriblər. Əvvəl sinif birincisi olublar, daha sonra bütün məktəb heyətinin qarşısında araşdırmaları ilə bağlı təqdimat ediblər və məktəb birinciliyini qazanıblar. Bundan sonra Toronto Universitetinin Scarborough kampusunda Toronto məktəblərinin 5-ci və 6-cı sinifləri arasında düzənlənən müsabiqəyə qatılaraq 1-ci yerə layiq görülüblər. M.Həsənli deyir ki, Toronto kimi qışı sərt keçən şəhərdə yaşadıqlarına görə mövzu onun diqqətini çəkib: “Kanadada tətbiq edilən bütün qar əritmə maddələrini sınaqdan keçirmək çox maraqlı idi”.

Toronto Universitetinin Scarborough kampusunda keçirilən tədbirdə hər bölmə üzrə ən yaxşı layihələrə qızıl, gümüş və bürünc medallar verilib. Toronto Elm Sərgisi (TSF) Torontoda Regional Elm Sərgisinə cavabdeh olan təşkilatdır.

Qeyd edək ki, Məryəm Həsənli həm də Toronto şəhər Təhsil İdarəsi Beynəlxalq Dillər – Azərbaycan dili (Toronto District School Board İnternational Languages – Azerbaijani language) sinfinin şagirdi və sinfin keçirdiyi bütün tədbirlərin fəal iştirakçısıdır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp