İlk mərhələdə şikayətinizə baxılmasa, digər instansiyalara müraciət edə bilərsiniz
Bəzən övladlarımızın müəllimləri, məktəb rəhbərliyi, bulinqlə üzləşməsi və digər məsələlərlə bağlı narahatlıqlarımız olur. Problemləri aradan qaldırmaq üçün kiminlə danışacağımızı və ilk addımlarımız nəticə vermədikdə növbəti mərhələlərdə hara müraciət edəcəyimizi bilmirik. Söhbət Torontodakı dövlət məktəblərində təhsil alan şagirdlərdən gedir. Aşağıda narahatlığınızın müvafiq şəxslərə yönləndirilməsini təmin etmək üçün mərhələlər göstərilib.
Birinci addım: Övladınızın sinif müəllimi ilə danışın.
Əgər övladınızla bağlı təhsil aldığı məktəbə narahatlıqlarınızı çatdırmaq istəyirsinizsə və ya hər hansı xoşaglməz hal baş veribsə, ilk olaraq övladınızın sinif müəllimi ilə danışmalısınız. Həmçinin sinif müəllimi ilə övladınızın akademik irəliləyişi, sinifdə davranışı, tapşırıqlar və tədris resursları haqqında müzakirə apara və sullar verə bilərsiniz. Sinif müəllimi ilə e-poçt, telefon və ya planlaşdırılmış görüşlər vasitəsilə əlaqə saxlamağa çalışın.
İkinci addım: Məktəb direktoruna müraciət edin.
Məktəb direktorunuzun emailini bu linkdən tapın.
Probleminiz həll olunmadığı və narahatlıqlarınız cavabsız qaldığı halda məktəb direktoruna müraciət edin. Məktəb direktoru ilə həllini tapmayan problemlər və məktəbdəki qaydalar, təhlükəsizlik, işçi heyətinin davranışı və s. ilə bağlı narahatlıqları müzakirə edə bilərsiniz.
Üçüncü addım: Məktəblər üzrə kuratorlara (superintendent) müraciət edin.
Superintendentlerlə əlaqə üçün link.
Əgər direktor problemi həll edə bilmirsə, o zaman məktəblər üzrə kuratorlara (superintendent) müraciət edin. Kuratorlarla məktəb miqyasında aparılan təlim-tərbiyə işlərini və məktəblə bağlı sizi narahat edən problemləri müzakirə edə bilərsiniz.
Dördüncü addım: Yaşadığınız ərazi üzrə məktəb müvəkkilləri (trustee) ilə əlaqə saxlayın.
Qeyd edək ki, məktəb müvəkkilləri səsvermə yoluyla seçilir və şagirdlərin, valideynlərin və yerli məktəb icmasının maraqlarını təmsil edir.
Trustelərlə əlaqə üçün link.
Məktəb müvəkkilləri ilə təhsil idarəsi səviyyəsində aparılan işləri müzakirə edə bilərsiniz. Bu nümayəndələrin problemləri aradan qaldıra bilmək imkanları var.
Beşinci addım: Toronto Şəhər Təhsil İdarəsinin şöbələri ilə əlaqə saxlayın.
Əgər övladınızın məktəbində ona xüsusi nəqliyyat, xüsusi təhsil və texnologiya dəstəyi verilməsini istəyirsinizsə, o zaman Toronto Şəhər Təhsil İdarəsinin (TDSB) şöbələri ilə əlaqə saxlamalısınız. Müzakirə edə biləcəyiniz digər məsələlər irqi ayrı-seçkilik və övladınız üçün yaradılan maneələr ola bilər.
TDSB ilə əlaqə üçün link.
Altıncı addım: Toronto Şəhər Təhsil İdarəsinin qaynar xətti ilə əlaqə saxlayın.
Əgər, ümumiyyətlə, kiminlə əlaqə saxlamalı olduğunuzu bilmirsinizsə, 416-397-3000 nömrəsinə zəng edin.
Foto: glctcschool