[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Müvəqqəti GST/HST vergi güzəşti 15 Fevralda bitir

kanadada bazarliq

Kanadalıların müvəqqəti Mal və Xidmətlər Vergisi (GST) və Harmonizasiya olunmuş Satış Vergisi (HST) güzəştindən yararlanmaq üçün cəmi bir neçə gün vaxtı qalıb. Fevralın 15-də başa çatacaq iki aylıq vergi güzəşti, ötən ilin dekabrın 14-də federal hökumət tərəfindən kanadalıların maliyyə yükünü azaltmaq məqsədi daşıyırdı.

Son iki ay ərzində ölkə üzrə istehlakçılar ərzaq məhsulları, restoranda yemək, uşaq geyimləri və Kristmas bayramı ilə bağlı bəzi məhsulların vergisiz satın alınmasından yararlanıblar. Yeni il və bayram mövsümündə insanlara iqtisadi dəstək vermək məqsədi daşıyan bu təşəbbüs nəticəsində kanadalılar ümumilikdə təxminən 1,6 milyard dollara qənaət etmiş olublar.

Artan yaşayış xərcləri və inflyasiya narahatlıqları fonunda bir çox ailə və biznes bu tədbiri vacib maliyyə dəstəyi kimi qarşıladı.

Son günlər güzəştdən yararlananlar artıb

Pərakəndə obyektlərdə çalışan satıcılar vergi güzəştinin bitməsinə az qalmış alış-verişin artdığını bildirirlər. Bir çox mağaza, müştəriləri vergi güzəşti başa çatmadan alış-veriş etməyə təşviq etmək üçün son kampaniyaya başlayıblar.

15 Fevraldan sonra nə olacaq?

Vergi güzəşti dövrü başa çatdıqdan sonra, bütün əvvəlki vergidən azad edilmiş məhsullara GST/HST yenidən tətbiq ediləcək və ölkənin müxtəlif bölgələrində standart vergi dərəcələrinə geri dönüləcək.

Hökumət tərəfindən bu güzəştin uzadılması ilə bağlı rəsmi plan elan edilməsə də, bəzi biznes sahibləri və ictimai təşkilatlar bir çox vergi endirimlərinin daimi olmasını tələb edirlər. Düşünürlər ki, bu, kanadalıların iqtisadi təzyiqlərlə mübarizəsinə kömək edə bilər.

Hansı məhsullar GST/HST güzəştinə daxildir?

Qeyd edək ki, fevralın 15-dək aşağıdakı mallar vergidən azaddır:

  • Ərzaq məhsulları: Təzə meyvə və tərəvəz, süd məhsulları, ət, dəniz məhsulları və çörək-bulka məmulatları.
  • Restoran yeməkləri: Restoranlarda yerində yeyilən və ya aparılmaq üçün sifariş edilən yeməklər.
  • Uşaqlar üçün geyim və ayaqqabılar: Gödəkçələr və məktəb formaları daxil olmaqla.
  • Bayramla bağlı məhsullar: Açıqcalar, bükmə kağızları və bəzək əşyaları.
  • Bəzi içkilər

Daha ətraflı məlumat üçün Kanada hökuməti  tərəfindən verilmiş rəsmi təlimatlara baxa bilərsiniz.

Foto: Shawn Goldberg/Dreamstime

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp