[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontario Hökumətindən “evdə qal” tələbi

Tələbə əməl etməyənləri həbs gözləyir

Kanadanın Ontario əyalətində fövqəladə vəziyyət elan edildi. Yeni qayda yanvarın 14-ü saat 12.01-dən etibarən qüvvəyə minəcək. Sözügedən əyalətin baş naziri Doug Ford dünən Queen parkdakı çıxışında bütün əyalət sakinlərindən evdə qalmalarını tələb edib. Bildirib ki, Ontario sakinləri yanvarın 14-dən etibarən yalnız zəruri hallarda evdən çıxa biləcəklər.

“Evdə qal” tələbi ən azı 28 gün, yəni fevralın 11-nə qədər davam edəcək. Çölə çıxmaq vacib sayılmadığı təqdirdə, Ontario sakinlərindən günün bütün saatlarında evdə qalmaları tələb edilir.

Zəruri hallar dedikdə, ərzaq dükanlarına, aptekə, tibb müəssisələrinə getmək, idman etmək üçün bayıra çıxmaq, işə getmək və s. nəzərdə tutulur.

BİR İLƏ QƏDƏR HƏBS 

Qaydalara əməl etməyən sakinlər cərimələnəcəklər. Cərimələrin yazılması aşağıdakı güc strukturlarının əməkdaşları tərəfindən həyata keçiriləcək:  Ontario Əyalət Polisi, yerli polis qüvvələri, əyalət üzrə əmək müfəttişləri və digər güc strukturları.

Qaydaları pozan ontariolular yalnız cərimə ilə deyil, həmçinin məhkəməyə də çıxarıla bilərlər. Vəkil Silviya Consun sözlərinə görə, “evdə qal” qaydasını pozma cəzasına bir ilə qədər həbs də daxil ola bilər: “Açıq deyim, insanlar qaydalara əməl etməsələr, cərimələr və mühakimələrlə üzləşəcəklər. Hazırkı situasiya çox ciddidir və bütün Ontario əhalisindən evdə qalmalarını xahiş edirəm”.

Qeyd edək ki, yeni qadağaların bir hissəsi kimi zəruri müəssisələrdə çalışmayan işçilərdən də evdən işləmələri tələb edilir.

MƏKTƏBLƏR FEVRALIN 10-NA QƏDƏR QAPALI QALACAQ

Toronto, Hamilton, Vindzor-Esseks (Windsor-Essex), York və Peel regionlarında da məktəblər fevralın 10-na qədər açılmayacaq.

Bağçalar fəaliyyətlərinə davam edəcəklər.

Hökumətin açıqlamasına görə, yanvarın 20-nə qədər Baş Səhiyyə İdarəsinin müdiri David Villiams Təhsil Nazirliyinə hansı regionlarda məktəblərin açılmasına icazə veriləcəyini b

ildirəcək.

Şimali Ontarioda isə məktəblər əvvəlki qaydada fəaliyyətlərini davam etdirəcək, şagirdlər məktəbə gedəcək. Amma yeni qaydalara əsasən, artıq birinci sinifdə oxuyan şagirdlər də maska taxmaq məcburiyyətindədirlər.

SPİRTLİ İÇKİ MAĞAZALARINDA SAAT MƏHDUDİYYƏTİ

Yeni qaydalara əsasən, bütün zəruri olmayan pərakəndə satış, xırdavat, spirtli içki mağazaları, onlayn sifarişi mağazanın yanından təhvil alma (curbside pickup), yaxud çatdırılma xidməti göstərən satış obyektləri saat 7-20.00 arasında fəaliyyət göstərə biləcəklər.

Qadağalar ərzaq, dərman satışı ilə məşğul olan mağazalara, benzindoldurma məntəqələrinə və restorandan sifarişi götürmə və çatdırılma xidmətlərinə aid edilməyəcək.

MASKALARLA BAĞLI YENİ QAYDA

Açıq havada sosial məsafəni qoruya bilməyənlərdən maska taxmaları tövsiyə olunur.

Qapalı məkanlarda maska taxmaq məcburiyyəti olduğu kimi qalır.

Açıq havada təşkil olunan kütləvi toplantılara 5 nəfərdən çox adam qatıla bilməz. Qeyd edək ki, yeni qaydaların tətbiqinə qədər bu, 10 nəfər idi.

QONAQ GETMƏK OLAR?

Zəruri olmadığı hallarda ontariolulardan bir-birlərinə baş çəkməmələri tələb edilir. Hökumətin açıqlamasına görə, əmlaka təcili baxış zəruri hesab ediləcək.

Evdə yalnız qalan insanlara cəmiyyətdən təcrid olmamaları üçün yalnız bir ailə ilə gediş-gəliş etmələrinə icazə verilir.

Hansı idman növlərinə icazə var?

Açıq havada qaça, itinizlə gəzə, ictimai parklarda konkinizlə buz üstündə sürüşə bilərsiniz. Amma kayak təpələri fəaliyyət göstərmir.

Kirayə evimi dəyişə, yaxud yeni mənzil ala bilərəm?

 Daşınmaz əmlak alqı-satqısı, kirayəsi ilə məşğul olan realtorlar üçün  müştəriləri ilə görüş vaxtı təyin etmək şərti ilə iş davam edir.

Həmçinin maşın təmiri, icarəsi, satışı da yalnız öncədən təyin edilmiş görüş saatıyla  mümkündür.

Kottecinizə, yaxud ikinci evinizə təmir tələbi kimi təcili iş yoxdursa, gedə bilməzsiniz.

Dayələr və yaşlılara baxanlar, evlərdə aşpaz işləyənlər, təmir işləri ilə məşğul olanlar işlərinə davam edə bilərlər.

Restorana gedə bilərəm?

Yeni qaydalar restoranlara, barlara şamil edilməyəcək. Həmişə olduğu kimi, maşınla, yaxud şəxsən gedib yeməyinizi sifariş edib götürə, yaxud yemək çatdırma şirkətlərinin xidmətlərindən istifadə edə bilərsiniz.

 

POLİS QAYDANI POZANLARI NECƏ MÜƏYYƏNLƏŞDİRƏCƏK?

Fövqəladə İdarəetmə və Mülki Müdafiə Qanununa əsasən, cərimə yazmağa icazəsi olan güc strurkurlarının əməkdaşları Ontario sakinlərinə yaxınlaşdıqda, onlardan çölə çıxma səbəblərini sübut edən faktlar tələb edə bilərlər. Bir sözlə, polis sizdən şəxsiyyətinizi, ünvanınızı, işlədiyinizi təsdiq edən sənəd və s. tələb edə bilər.

 

KOMENDANT SAATI?

Yeni qaydanın komendant saatından fərqinə gəlincə, Doug Ford deyib ki, komendant saatından fərqli olaraq, insanlara zaman məhdudiyyəti  qoyulmadan zəruri hallarda çölə çıxmağa, həmçinin köpəklərini gəzdirməyə və ya idman etmək üçün yaxın ərazilərdə gəzintiyə icazə verilir.

Qeyd edək ki, Ontarioda yanvarın 11-də 2903 insanda COVİD-19 testi  pozitiv çıxıb. Yanvarın 10-da isə bu rəqəm pik həddinə çatıb – 3945 nəfərdə koronavirus olduğu təsdiqlənib.

Kanada mediasından tərcümə etdi:

Lalə MUSAQIZI

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp