[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontario sakinlərinin 267 milyon dollar kirayə borcu var  

toronto Kiraye

Son dörd il (2021 – 2025) ərzində Ontario əyalətində yaşayan kirayənişinlərin 267 milyon dollardan çox ödənilməmiş kirayə borcu yığılıb. Bu rəqəm, Openroom platforması tərəfindən təqdim edilib. Xatırladaq ki, Openroom Kanadada fəaliyyət göstərən və Əmlak Sahibi və Kirayəçilər Şurasının (LTB) məhkəmə qərarlarını toplayaraq icarə bazarında şəffaflığı təşviq edən ictimai təşkilatdır.

Openroomun açıqladığı məlumatlara görə, bu ilin martın 9-na qədər kirayənişinlərin, ev sahiblərinə ödənilməmiş 267 milyon dollar kirayə borcu var. Bu, yalnız rəsmi rəqəmlərdir. Hesablamaya görə, hər bir ev sahibi üçün orta itki – 15,863-dollar təşkil edir və bir çox ev sahibi bu itkiləri qəbul etmək məcburiyyətində qalıb.

Ev sahibləri, Landlord and Tenant Boarddakı (LTB) ləngimələr səbəbilə ödəniş etməyən kirayənişinləri evdən çıxarmaq üçün bir ildən çox mübarizə aparmalı olurlar.

“Gecikdirilmiş ədalət, imtina edilmiş qərəzsizlik”

2023-cü ildə Ontario Ombudsmanının açıqladığı hesabat da məhz bu cür adlandırılır – “Gecikdirilmiş ədalət, imtina edilmiş qərəzsizlik”.

Həmin hesabata əsasən LTB-dəki ciddi çatışmazlıqlar aşağıdakılardır:

  • Ev sahibləri üçün məhkəmə dinləməsi üçün 6–9 ay, kirayəçilər üçün isə 2 ilə qədər gözləmə müddəti.
  • Köhnəlmiş texnologiyalar və işçi çatışmazlığı prosesi daha da ləngidir.
  • 61 tövsiyə irəli sürülüb – bunlara hakimlərin daha sürətli təyin olunması və məhkəmə prosedurlarının təkmilləşdirilməsi daxildir.

Bu böhran təkcə ev sahiblərini deyil, kirayənişinləri də risk altına salır

Yuxarıda sadalanan çatışmazlıqlar səbəbindən investorlar icarə bazarını tərk edir, hüquqi və maliyyə problemləri səbəbilə əmlaklarını satırlar. Bu isə kirayə üçün mövcud olan əmlakların azalmasına, nəticədə kirayə qiymətlərinin artmasına səbəb olur.

Həmçinin ev sahibləri maliyyə profili zəif olan kirayəçilərə ev verməkdən çəkinirlər, çünki ödəniş etməyən kirayəçiləri çıxarmağın çətinliyi onları riskə atır.

Kritik böhran sistemi

Ev sahibləri bildirirlər ki, hazırkı sistem ədalətsiz şəkildə kirayənişinlərin xeyrinə işləyir. Bu da bəzi insanların hüquqi boşluqlardan istifadə edib aylarla kirayə haqqı ödəmədən həmin evdə yaşamasına gətirib çıxarır. Bu müddət ərzində isə ev sahibləri hələ də kirayənişinin oturduğu evin ipoteka, təmir və vergi xərclərini ödəməyə məcbur qalırlar və çox zaman borca girirlər.

Problemin həllinə çağırış

Bir çox ev sahibləri hesab edir ki, kirayə haqqını ödəməyən kirayəçilər üçün dərhal çıxarılma və 30 günlük güzəşt müddəti tətbiq olunması daha ədalətli olardı.

Hazırda Ontarioda kirayə bazarı böhran səviyyəsindədir. Ödənilməmiş yüz milyonlarla dollar borc, yararsız hüquqi sistem və azalan kirayə imkanları – bunların hamısı təcili islahat tələb edir.

Foto: stessa

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp