Ekspress Entry proqramına yeni kateqoriyalar əlavə edilib, bəziləri isə ləğv olunub
Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazirliyi (IRCC) Express Entry (Ekspres Giriş) kateqoriyalarına yeni dəyişiklikləri elan edib. Nazirlik Təhsil sahəsi üzrə yeni kateqoriya əlavə edib və Nəqliyyat sektorunu isə ləğv edib. Təhsil sahəsi üzrə beş peşə müəyyən olunub.
- 1-8-ci siniflərdə müəllim köməkçisi
- Bağça müəllimləri və müəllim köməkçiləri
- Məktəbə hazırlıq və ibtidai sinif müəllimləri
- 6-8-ci sinif müəllimləri
- Əlilliyi olan şəxslərin təlimatçısı
Kimlər müraciət edə bilər?
- Son 3 il ərzində azı 6 ay tam ştatda fasiləsiz iş təcrübəsi (və ya ekvivalent miqdarda yarımştat təcrübə) toplayanlar;
- Yuxarıda göstərilmiş peşələrdən birində çalışanlar;
- Bu təcrübəni Kanadada və ya xaricdə əldə edənlər;
- Seçim mərhələsi üçün verilən təlimatlarda göstərilən bütün tələblərə cavab verənlər.
Express Entry kateqoriyaları necə müəyyən edilir?
Express Entry kateqoriyaları IRCC tərəfindən müəyyən edilir və bu zaman Kanadanın iqtisadi və demoqrafik hədəfləri nəzərə alınır.
Əksər peşə əsaslı kateqoriyalar əmək bazarındakı tələbatı əsas götürür. Kanada kritik sektorlar üzrə işçi çatışmazlığı yaşadığı üçün, bu peşələr Express Entry sisteminə daxil edilir. Belə peşələrdə yerli işçi qüvvəsi çatışmadığından, Kanada bu sahələrdə əmək bazarını gücləndirmək üçün immiqrantları cəlb etməyə ehtiyac duyur.
Fransız dili biliyi kateqoriyası isə Kanada hökumətinin rəsmi iki dilli siyasətinə uyğun müəyyən edilir. Kanada, rəsmi dillər haqqında qanununa əsasən, Kvebekdən kənarda fransız dilinin inkişafını təşviq etməyi öhdəsinə götürüb. Bu siyasətin həyata keçirilməsində immiqrasiyanın mühüm rolu olduğuna görə, IRCC Kanadaya fransızdilli immiqrantların cəlb edilməsi və yerləşdirilməsi ilə məşğuldur.
Bundan əlavə, IRCC sosial xidmət sahəsinə aid bəzi peşələri səhiyyə kateqoriyasına daxil edib.
Hazırda IRCC-nin rəsmi saytında mövcud olan Express Entry kateqoriyaları aşağıdakılardır:
- Fransız dili biliyi
- Səhiyyə və Sosial xidmət peşələri
- Kənd təsərrüfatı və aqro-ərzaq sektoru peşələri
- Elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) peşələri
- Ticarət peşələri (Trades)
- Təhsil peşələri
Prioritet kateqoriyalar
Lakin IRCC 2025-ci il üçün əsas prioritet kateqoriyalarını aşağıdakı kimi elan edib:
- Fransız dili biliyi
- Səhiyyə və Sosial xidmət peşələri
- Əl əməyi peşələri (Trades)
- Təhsil peşələri
Bu kateqoriyalar Express Entry sistemi çərçivəsində kateqoriya əsaslı seçimlər vasitəsilə müraciət dəvətləri (ITA) üçün prioritet hesab ediləcək.
Express Entry kateqoriyalarında başqa hansı dəyişikliklər edilib?
Dəyişikliklərdən sonra qüvvədə qalan bütün Express Entry proqramlarının mövcud kateqoriyalarına bəzi peşələr əlavə olunub, bəzi peşələr isə çıxarılıb.
Bu linkə daxil olub daha ətraflı məlumat əldə edə bilərsiz.
Müraciət üçün bu linkə daxil ola bilərsiniz.
Foto: Freepik