[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

PR kartını və pasportunu yeni alanlar üçün pulsuz muzey keyfi

Bunun üçün xüsusi tətbiqi telefona yükləmək kifayətdir

Son 5 ildə PR kart (Permanent resident – daimi sakin) və son 1 ildə vətəndaşlıq pasportunu alan Kanada sakinlərinə sözügedən ölkənin istənilən ərazisindəki muzeylərə, elm mərkəzlərinə, incəsənət qalereyalarına, pullu parklara və tarixi məkanlara giriş pulsuzdur. Bunun üçün, lazım olan tətbiqi (application) telefona yükləmək kifayətdir.

 

Bildiyimiz kimi, Kanadada muzeylərə biletin qiyməti hər kəs üçün əlçatan deyil. Özəlliklə, 4-5 nəfərdən ibarət ailə ilə muzeyə getmək ortalama 60-100 Kanada dollarına başa gəlir. Bu məbləğ Kanadaya yeni gəlmiş immiqrantlar üçün əlçatan olmaya bilər, amma doğrusu, muzeylərə baş çəkərkən ödədiyin pula dəydiyinin fərqinə varırsan. Xüsusilə də belə yerlərə uşaqlarla gedərkən günündən zövq alırsan. Çünki buradakə muzeylərdə təkcə eksponatlar təqdim edilmir, balacalarda tarixə, elmə, incəsənətə, təbiətə maraq yaratmaq məqsədilə ağlagəlməz əyləncələr təşkil edilir. Günün hər saatında muzeyin müxtəlif hissələrində fokus göstərən sehrbaz, kəndirbaz, rəsm çəkmək üçün ləvazimatlarla dolu otaq, animasiya filmlərindəki qəhrəmanlarla görüş, lego otağı və s. balacaların günlərindən zövq alması, öyrənməsi baxımından yetərlidir.

Sözügedən imkanlardan pulsuz istifadə üçün telefonunuza Canoo tətbiqini (application) yükləməyiniz kifayətdir. Ağıllı telefonu olmayanlar isə prosesi kompyuterdə həyata keçirib, üzvlük nömrəsinin olduğu səhifəni çap edib, bununla yuxarıda sadaladığımız yerlərə pulsuz giriş edə bilərlər. Canoo tətbiqinin yararlılıq müddəti bir ildir. Yəni bir il boyunca, Kanadadakı 1400-dən çox muzey, elm mərkəzi, incəsənət qalareyası, parklar, tarixi məkanlara və s. pulsuz baş çəkmək mümkündür.

Qeyd etdiyimiz kimi, Canoo tətbiqi son beş il ərzində PR kartını və son bir il ərzində pasportunu alanlar üçün nəzərdə tutulub. Əgər PR kart almağınızın beş ili, pasport almağınızın bir ili tamam olubsa, sözügedən tətbiqdən yararlana bilməzsiniz.

Valideynlərin tətbiqi yükləmələri kifayətdir. Bu zaman övladları da onlarla birlikdə Canoo-dan yararlana biləcəklər.

Aşağıdakı linkdən Canoo tətbiqinə daxil olub telefonunuza, yaxud kompyuterinizə yükləyə bilərsiniz.

 https://canoo.ca/

Onu da qeyd edim ki, sözügedən tətbiqdən istifadə edə bilməyən tələbələr ayın bəlli günlərində muzeylərin əksəriyyətinə pulsuz giriş əldə edə bilərlər. Bununla bağlı informasiya muzeylərin saytlarında yerləşdirilir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp