[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Siemens şirkəti Okvildə yeni iş yerləri açacaq

Siemens şirkəti Okvil (Oakville) şəhərində İstehsal Texnologiyaları üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması üçün 150 milyon dollar sərmayə qoyub. Ontario əyalət rəhbərliyinin ofisindən aldığımız məlumata görə, süni intellektlə dəstəklənən istehsal texnologiyalarının inkişafına və elektrik nəqliyyat vasitələri (EV) üçün batareya istehsalının təkmilləşdirilməsinə yönələn bu sərmayə, bütün əyalət üzrə 90-a qədər yüksək maaşlı yeni iş yeri yaradacaq.

Yeni yaradılacaq Tədqiqat və İnkişaf mərkəzi batareyaların effektivliyini artıran və istehsal proseslərini təkmilləşdirən süni intellektlə təchiz edilmiş qabaqcıl texnologiyaların inkişafına yönələcək. Bu sərmayə, hazırda Almaniyada keçirilən Hannover Messe sərgisində Ontario əyalətinin nümayəndə heyətinin iştirak etdiyi beynəlxalq missiya çərçivəsində elan edilib. Həmin sərgidə 30-dan çox Ontario şirkəti sənaye innovasiyalarını və texniki bacarıqlarını nümayiş etdirir.

Batareyaların təkrar emalı inkişaf etdiriləcək

Fəaliyyətə başladıqdan sonra mərkəz batareya istehsalçıları və universitetlər arasında əməkdaşlığı təşviq edəcək və əyalətin avtomobil sənayesində çalışan işçilərin bacarıqlarının artırılmasına töhfə verəcək. Tədqiqat və İnkişaf mərkəzinin həyata keçirəcəyi fəaliyyətlər nəticəsində batareya istehsalının keyfiyyətinin yüksəldilməsi, işçi qüvvəsinin məhsuldarlığının və gücünün artırılması, istehsal tullantılarının azaldılması, eləcə də batareyaların təkrar emalının və dövriyyəsinin inkişafı gözlənilir.

Ontarionun avtomobil sənayesi uzun müddətdir ki, iqtisadi artımın mühüm mühərriki olub, innovasiyanı təşviq edib və əyalət boyu işçilər üçün yüksək maaşlı iş yerləri yaradıb. 2020-ci ildən bəri Ontario qlobal avtomobil istehsalçılarından 46 milyard dollardan çox yeni sərmayə cəlb edib, bu da istehsal bazasının güclənməsinə və tədarük zəncirinin Ontarioda, ontariolu işçilər tərəfindən qurulmasına şərait yaradıb.

Foto: Invest Oakville

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp