[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Məhkəmə 3 nəfəri qətlə yetirən Kauldharı mühakimə üçün yararsız sayıb  

Kanada vətəndaşı 30 yaşlı Sabrina Kauldhar Toronto, Niagara və Hamiltonda bir qadın və iki kişini qətlə yetirdikdən sonra həbs edilib. Niaqara Polis Xidmətinin məlumatına görə, ilk qətl hadisəsi ötən il oktyabrın 1-də Torontoda baş verib. Polis, çağırışa cavab verərək, bədənində zorakılıq izləri olan 60 yaşlarında qadının meyitini mənzilində aşkar edib.

Növbəti gün, Con Allan Parkda baş vermiş insidentlə bağlı təcili yardım xidməti əməkdaşları Niaqara Folls şəhərində yerləşən əraziyə cəlb olunub. Polis əməkdaşları hadisə yerinə çatdıqda, ağır xəsarətlər alan kişi tapıblar. Niaqara Təcili Tibbi Yardım Xidməti və Niaqara Folls Yanğın Xidmətinin tibbi müdaxilələrinə baxmayaraq, 47 yaşlı Lance Kunningham hadisə yerində keçinib.

Üçüncü hadisə isə oktyabrın 3-də Hamilton şəhərində baş verib. Bıçaqlanaraq ağır xəsarət  almış 77 yaşlı Mario Biliç huşsuz halda avtodayanacaqda tapılıb. O, xəstəxanaya aparılsa da, sonradan aldığı xəsarətlər nəticəsində vəfat edib.

Açıqlamada daha sonra deyilir: “İstintaqçılar Hamiltonda törədilən qətli Niaqara Follsdakı Con Allan Parkda baş vermiş sonuncu qətllə əlaqələndirə biliblər və müəyyən edilib ki, hər iki halda şübhəlinin əlamətləri üst-üstə düşür. Əlavə olaraq, oktyabrın 1-də Toronto şəhərində baş verən qətllə də birbaşa bağlantı müəyyən edilib. Rəsmilər bildiriblər ki, Kunningham və Biliç təsadüfi olaraq hədəfə alınıblar, Torontoda qətlə yetirilən şəxs isə şübhəli ilə tanış olub.

Kauldhar, Hamilton hadisəsinə görə birinci dərəcəli qətl, Toronto və Niaqaradakı qətl hadisəsi üzrə isə ikinci dərəcəli qətldə ittiham olunub.

Ötən il oktyabrın 4-də keçirilən mətbuat konfransında, Niaqara Polis rəisi Bill Fordi bildirib ki, Kauldhar Börlinqtonda bir hoteldə həbs olunub. Mətbuat konfransında polis rəisi həbs olunan Kauldahrı “serial qatil” adlandırırb: “İki və ya daha çox qətl törətdiyinə görə Kauldharı serial qatili adlandıra bilərik”.

Amma dünən Toronto məhkəməsi Sabrina Kauldharın mühakimə üçün yararsız olduğunu və psixiatrik müalicə almasıyla bağlı qərar qəbul edib. Hakim, Kauldharın hazırda mühakimə oluna bilməyəcəyinə dair hökm çıxarıb və işinə baxılmadan əvvəl 60 günlük psixiatrik müalicə təyin edilib. Sabrina Kauldhar psixiatrik müalicə keçəndən sonra işi məhkəmə tərəfindən yenidən qiymətləndiriləcək.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp