Dünən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi Ramazan Bayramı münasibətilə xanımlarımızı bir araya gətirdi. Bayram tədbirində Azərbaycan xanımları birlikdə dualar edərək, dünyada sülhün olmasını dilədilər.
Bayram əhval-ruhiyyəsini daha da canlandırmaq üçün tədbirdə Azərbaycan musiqisinin sədaları altında rəqslər ifa olundu, xanımlar yallı gedərək bu əlamətdar günü qeyd etdilər. Uzaq ellərdə eyni dili, eyni dini, eyni mədəni dəyərləri paylaşan insanların bir araya gəlməsi, birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə verdi.
Tədbirin sonunda Azərbaycan Qadınlarına Dəstək Mərkəzi tərəfindən hər bir xanıma xüsusi hədiyyələr təqdim olundu.