[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontodaxili tramvay xətti 14 ildir inşa edilir

 Bu gün Eqlinton Krostaun nəqliyyat xəttinin tikinti işləri rəsmi olaraq 14-cü ilə keçdi. Torontolular üçün təəccüblü olmasa da, tramvay xətti bu il də istifadəyə verilməyəcək.

Qeyd edək ki, Eqlinton Krostaunun tikintisi 2011-ci ildə başlayıb və 2020-ci ildə layihənin başa çatması planlaşdırılb. O vaxtdan bəri tikinti gecikmələri, hüquqi problemlər və COVID-19 pandemiyası səbəbindən tramvay xəttinin işi əngələ düşüb.

Torontonun Eqlinton prospekti boyunca hərəkət edəcək Eqlinton Krostaun tramvay xəttinin planlaşdırılan uzunluğu 19 kilometr, dayanacaqların sayı isə 25-dir. Nəqliyyat xətti istifadəyə veriləcəyi təqdirdə, sakinlər şəhərin şərqindən qərbinə getmək üçün 60 faiz  daha az vaxt sərf edəcəklər.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp