[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Tramp avtomobil və əczaçılıq məhsullarına qoyulacaq tarifi apreldə açıqlayacaq

tramp kanada

ABŞ Prezidenti Donald Tramp avtomobil idxalına qoyulan tariflərin təxminən 25 faiz olacağını və bu mövzu ilə bağlı daha ətraflı məlumatı aprelin 2-də paylaşacağını bildirib.

Trampın sözlərinə görə, avtomobillərə qoyulacaq rüsumlar aprelin 2-dən etibarən tətbiq oluna bilər. Həmin gün onun kabinet üzvləri ona bir sıra idxal tarifləri üçün variantları izah edən hesabatlar təqdim edəcək. ABŞ prezidenti qlobal ticarəti yenidən formalaşdırmaq məqsədi güdür. O uzun müddətdir ki, ABŞ avtomobil ixracatının xarici bazarlarda ədalətsizliyə məruz qaldığını iddia edir. Bildirir ki, Avropa İttifaqı idxal edilən avtomobillərə 10 faiz tarif tətbiq edir ki, bu da ABŞ-ın minik avtomobillərinə qoyduğu 2,5 faiz tarifdən dörd dəfə çoxdur. Bununla belə, ABŞ daha çox satılan pikap yük maşınlarının idxalına 25 faiz tarif tətbiq edir.

Tramp həmçinin əczaçılıq və yarımkeçirici çiplər sektorunda da tariflərin apreldə 25 faiz və daha yüksək olacağını və bəzi tariflərin il ərzində artacağını bildirib.

ABŞ dövlət başçısı vəzifəyə gəldiyi gündən etibarən Tramp Çindən idxal edilən bütün mallara qoyulmuş tariflərə əlavə olaraq 10 faiz tarif tətbiq edib. O, həmçinin Meksikadan idxal olunan mallara və Kanadadan enerji istisna olmaqla idxal olunan məhsullara 25 faiz tarif tətbiq ediləcəyini elan edib, lakin bunu bir ay təxirə salıb.

Amerika prezidenti həmçinin martın 12-dən etibarən bütün idxal olunan polad və alüminiuma 25 faiz tarif tətbiq edəcək. Ötən həftə isə o, iqtisadi məsələlərlə məşğul olan  komandasına ABŞ idxalına vergi qoyan hər bir ölkəyə qarşı qarşılıqlı tariflər hazırlamaq göstərişi verib.

Foto: Independent

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp