[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Trampın Kanadaya tətbiq etdiyi tarif ABŞ Senatından keçmədi

Bu gün ABŞ Senatı Trampın Kanadaya qarşı tariflərini dayandırmaq və yeni tarifləri ləğv etmək məqsədilə qanun layihəsi qəbul etdi. Reutersin məlumatına görə, bu, prezident Donald Trampın dünya üzrə müxtəlif ölkələrə qarşı yeni gömrük rüsumları tətbiq etməsindən bir neçə saat sonra baş verdi.

Senat qanun layihəsini 51-48 səs nisbəti ilə qəbul edərək onu Nümayəndələr Palatasına göndərdi. Orada sənədin bir kənara qoyulması ehtimal olunur. Tramp üçün ciddi bir zərbə olan bu qərarda, dörd Respublikaçı senator Demokratlarla birləşərək qanun layihəsini irəli sürdülər.

Demokratlar tərəfindən təqdim edilmiş qanun layihəsi Trampın 22 yanvarda elan etdiyi fövqəladə vəziyyəti ləğv etməyi nəzərdə tutur. Qeyd edək ki, Tramp bu fövqəladə vəziyyəti Meksika, Kanada və Çindən qeyri-qanuni şəkildə idxal edilən ölümcül fentanil maddəsi ilə əlaqələndirib və bundan istifadə edərək Kanadaya qarşı sərt tariflər tətbiq edib.

Qanun layihəsinin qəbul edilməsi üçün Senatda ən azı 4 respublikaçının səsi lazım idi. Çünki Trampın partiyası olan Respublikaçılar 53-47 nisbətlə üstünlük təşkil edirlər.  Tramp gecə saatlarında sosial mediada etdiyi paylaşımda Senatorlar Süzan Kollinz, Liza Mörkouski, Miç Makkonel və Rend Pol olmaqla dörd həmkarına qanun layihəsini rədd etmələri üçün çağırış etmişdi. Lakin onlar Trampın təzyiqlərinə məhəl qoymadılar.

Süzan Kollinz səsvermədən əvvəl Senatda etdiyi çıxışda bildirib ki, Trampın Kanadaya qarşı təklif etdiyi tariflər Men ştatındakı bir neçə sənaye sahəsinə, o cümlədən Kanadadan boru kəməri vasitəsilə selüloz alan kağız istehsalçılarına zərər verəcək.

Müzakirələr zamanı Rand Pol da Kanadaya qarşı sərt tarifləri Senatda tənqid etdi.

Qanun layihəsinin əsas təşəbbüskarlarından biri olan Virciniya ştatının senatoru müzakirələr zamanı qeyd edib ki, Trampın prezidentliyinin ilk dövründə danışıqlar yolu ilə əldə olunmuş ABŞ-Meksika-Kanada ticarət sazişi (USMCA) çərçivəsində mübahisələrin həlli mexanizmləri mövcuddur və bu, yeni tariflərin tətbiqini zəruri etmir.

Açıq mənbələrə əsaslanan məlumatlara görə, ABŞ-da ələ keçirilmiş bütün fentanil maddələrinin təxminən 0.2 faizi Kanada sərhədindən keçərək gətirilir.

Foto: apnews

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp