Mart tətilində “uşaqlarımızı hara aparaq” deyənlər üçün aşağıda bir neçə pulsuz və 15 dollara qədər olan əyləncə məkanlarını qeyd etmişik.
KidSpark at Harbourfront Centre
Harbourfront Centre-də Ontario Elm Mərkəzinin (Ontario Science Center) ən məşhur əyləncələrindən olan KidSparkdan zövq ala bilərsiz. KidSpark 10 yaşa qədər uşaqların öyrənməsi və əylənməsi üçün gözəl məkandır.
Balacalar STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) dünyasını üç tematik zonada – Şəhər və Kənd, Sağlamlıq Mərkəzi və Gölməçə – interaktiv eksponatlar vasitəsilə kəşf edəcəklər. Giriş haqqı vergilər daxil 15 dollar, 2 yaşa qədər uşaqlar üçün pulsuzdur.
Şəhər və Kənd
Balacalar Supermarketdə səbətlərini sağlam qidalarla doldura, tikinti sahəsində inşaat və mexanika haqqında öyrənə bilərlər.
Sağlamlıq Mərkəzi
Oyuncaq heyvanlara qayğı göstərmək üçün baytarlıq klinikasına baş çəkmək, rentgen şəkillərini nəzərdən keçirmək və həkim kabinetində skelet modelini araşdırmaq olar. Balacalar həmçinin, təcili yardım işçisi roluna girə bilərlər.
Gölməçə
Ziyarətçilər qayıqla xəyali balıq ovu səfərinə çıxa, Ontarionun vəhşi təbiətinin səslərini dinləyə və tədqiqat stansiyasında həşərat və kəpənəkləri yaxından müşahidə edə bilərlər.
İş saatları:
Çərşənbə axşamı – Cümə: 10:00 – 16:00
Şənbə və Bazar: 10:00 – 18:00
Bazar ertəsi: Bağlı (Mart tətilində – 10 Martda – bazar ertəsi də açıq olacaq)
Ünvan: Harbourfront Centre, 235 Queens Quay West, Toronto
Biletləri bu linkdən tarixi seçərək ala bilərsiniz: www.ontariosciencecentre.ca
CF Sherway Gardens
CF Sherway Gardens-da sevimli sirk nömrələrinin arxasında dayanan elmi öyrənin.
Sirk – Böyük səhnədə elm
Burada hərəkətin əsaslarını, insan bədəninin necə işlədiyini və duyğularımızın necə istifadə olunduğunu öyrənəcəksiz. Havada akrobat kimi uça, ip üzərində balans saxlaya, sirkdəki qeyri-adi şouları izləyə və ənənəvi sirk sənətinin xırdalıqlarını kəşf edə bilərsiniz.
Tarix/Zaman:
8-16 mart tarixlərində hər gün saat 12:00, 14:00 və 16:00-da sirk şoularından zövq ala, məşhur Mr. Big Topun heyrətamiz jonqlyorluq və sehrli oyunlarını izləyə bilərsiniz.
Xəyali oyun meydançası
Böyük kərpiclərdən, silindrlərdən və yollardan istifadə edərək öz unikal dünyanızı qura bilərsiniz.
Daha mürəkkəb bir şey qurmaq istəyirsiniz? Böyük taxta hissələri birləşdirərək funksional strukturlar yaratmaq mümkündür.
İnnovasiya Stansiyası
Yaradıcılıq və innovasiyaya hazırsınız? İnnovasiya Stansiyasında problem həll etmə bacarıqlarınızı inkişaf etdirin!
- Karton asma körpü qurun
- Aerodinamikanı tətbiq edərək kağız təyyarə dizayn edin
- Maqnetik rels üzərində küləklə hərəkət edən yarış avtomobili yaradın
Bilet: Təcrübə məkanına giriş haqqı vergilər daxil 15 dollardır (2 yaşa qədər uşaqlar üçün pulsuzdur). Biletləri bu linkdən tarixi seçərək ala bilərsiniz. ontariosciencecentre.com
Mart tətili saatları:
8 – 16 mart 2025
Bazar ertəsi – Cümə axşamı: 10:00 – 18:00
Cümə və Şənbə: 10:00 – 19:00
Bazar: 10:00 – 18:00
Ünvan: CF Sherway Gardens, 25 The West Mall, Etobicoke
Art Gallery of Ontario (AGO)
Mart tətilində AGO və RBC rezident-rəssamı Laura Karvardine tərəfindən yaradılmış interaktiv tekstil instalyasiyasını kəşf edin. Bu unikal sənət əsəri naxış sənətini 3D çap texnologiyası ilə birləşdirir.
Pulsuz AGO PLAY əyləncə dolu kitabınızı götürməyi unutmayın. Bu maraqlı kitabda sənət tapşırıqları, tapmacalar, axtarış oyunları və daha çox əyləncəli məşğələlər var.
Həmçinin, 6 aprel tarixinə qədər davam edən mövsümün əsas sərgisi – “The Culture: Hip Hop and Contemporary Art in the 21st Century” ilə müasir incəsənət dünyasına baş vurun.
Və ən əsası – uşaqlar üçün giriş həmişə PULSUZDUR!
Kimlər üçün uyğundur?
Bütün yaş qrupları üçün!
Biletlər: Ontariolular və digər əyalət sakinləri üçün qiymətlər fərqlidir.
Böyüklər (18+) həftənin tək günləri – $30
Gənclər həftənin tək günləri (10–17 yaş) – $15
25 yaşdan aşağı ontariolular üçün GİRİŞ PULSUZDUR.
Uşaqlar (0-9 yaş) həftənin tək günlərində – Pulsuz
Tarix və zaman:
Şənbə, 8 Mart – Bazar, 16 Mart, 2025
10:30– 17:00, yalnız Bazar ertəsi 10 Mart – 10:30– 16:00
Ünvan: Art Gallery of Ontario, 317 Dundas St W, Toronto
Bilet almaq üçün link: Art Gallery of Ontario
Ağa Xan Muzeyi (Agha Khan Museum)
Ailəvi əyləncələr
Burada ailələr yaradıcı əyləncələrlə məşğul ola və hazırladıqları əsərləri evlərinə apara bilərlər.
Arts & Crafts
Yaş: Bütün yaş qrupları
Bilet: PULSUZ
Ünvan: Atrium
Tarix: Hər gün
Zaman: 11:00-17:00
Ümumilikdə, Ailə Günü xaric Ağa Xan Muzeyində bilet qiymətlərini aşağıda qeyd etmişik.
Biletlər: Böyüklər üçün $20 (14+), Tələbələr $12, Kiçiklər üçün $10
Tarix/Zaman:
Həftənin bütün günləri – 10:00 – 17:30
Yalnız Çərşənbə günü: 10:00-20:00
Daha ətraflı məlumat üçün Ağa Xan Muzeyinin saytına baş çəkə bilərsiz: agakhanmuseum.org