[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Van Qoqun Sərgisinə 40 faiz endirim (FOTOLARLA)

Foto və sosial media üçün unikal məkan

Van Qoqun İmmersiv Sərgisi (Van Gogh Immersive Exhibit) dünyaca məşhur holland rəssamı Vinsent Van Qoqun əsərlərini tamamilə fərqli və müasir bir formatda təqdim edir.  Burada Van Qoqun ən məşhur rəsmləri 360 dərəcə proyeksiya texnologiyası ilə divarlara, döşəməyə və tavana əks olunaraq sizə sanki onun fırçasının izləri arasında gəzmək imkanı yaradır.

Ziyarətçilər “Ulduzlu Gecə”, “Kartof yeyənlər”, “Məhsul”, “Günəbaxanlar” və s. kimi şah əsərləri yeni perspektivdən görmək şansı əldə edirlər. Van Qoqun əsərlərinin musiqi müşayiəti altında animasiya kimi hərəkətliliyi ilə özünüzü rəssamın emosional və rəngarəng dünyasında hiss edəcəksiz.

Sərgidə nə görəcəksiz?

İmmersiv vizual proyeksiyalar: Sənət əsərləri hər tərəfi əhatə edən divarlarda və həmçinin yerdə canlanır.

İnteraktiv təcrübə: Ziyarətçilər rəsm fırçasının toxunuşlarını hiss edə bilirlər.

Van Qoqun həyatı və yaradıcılığı haqqında məlumatlar: sərginin bir bölməsində rəssamın həyatı və onun əsərlərinin mənası yazı şəklində izah olunur.

Foto və sosial media üçün unikal məkan: Sərgi, estetik baxımdan heyranedici vizual effektləri ilə fotoçəkiliş üçün ideal məkandır.

Məkan

Sərgi Toronto şəhərində 1 Yonge Street ünvanında yerləşir. Biletləri onlayn sifariş etmək mümkündür və fərqli vaxt intervalları üçün seçimlər mövcuddur. Sərgidə istədiyiniz qədər qalmaq imkanınız var.

Bilet qiymətləri

Böyüklər üçün 18 dollar

6-16 yaşlı uşaqlar üçün 12 dollar

Bu linkdən daxil olub bilet əldə edə bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp